UEFA "Qarabağ" və "Qəbələ"nin ev oyunlarının vaxtını dəyişdi

img

08-09-2015 [10:59]


Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq "Qarabağ" və "Qəbələ"nin ev oyunlarının vaxtı təsdiqlənib.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki komandamızın bir ev oyunu saat 20:00-da başlayacaq.

"Qəbələ"nin III turda Almaniyanın "Borussiya" (Dortmund), "Qarabağ"ın isə IV turda Fransanın "Monako" klubları ilə oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi 22:00-da deyil, saat 20:00-da start götürəcək. Bu oyunlar müvafiq olaraq 22 oktyabr və 5 noyabr tarixlərində keçiriləcək.

"Qəbələ"nin PAOK (Yunanıstan) və "Krasnodar"la (Rusiya), "Qarabağ"ın isə "Anderlext" (Belçika) və "Tottenhem" (İngiltərə) ilə ev oyunları isə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, daha öncə Avropa Liqasının qrup mərhələsində mübarizə aparmış "Neftçi" və "Qarabağ"ın ev oyunlarının start fiti saat 21:00-da verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA