Zakir Fərəcov kimləri işdən çıxarıb? – Sumqayıt İH-dən açıqlama

img

08-09-2015 [10:36]


Sumqayıt Şəhəri İcra Hakimiyyətində xeyli dəyişikliklər edilib.
Yeni başçı təyin olunan Zakir Fərəcovun icra hakimiyyətində yeni islahatlar və dəyişikliklər etdiyi deyilir. Hətta bəzi xəbər saytlarında 30 ilə yaxın icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləmiş Seyfəddin Rəhimovun da çıxarıldığı yazılıb.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Seyfəddin Rəhimov deyilənlərin yalan olduğunu bildirib: "Hazırda iş başındayam. Həmişəki kimi öz işimlə məşğulam. Deyilənlərin hamısı yalandır. Zakir müəllim çox yaxşı insandır. Əgər məsləhət bilsə gedəcəm. Amma bu günə kimi bununla bağlı mənə bir söz belə deməyib. Sadəcə bu xəbərləri məni istəməyən şəxs yazıb. Hətta dünən həmin şəxsi məhkəməyə verəcəkdim. Amma xahiş edildi deyə fikrimi dəyişdim. Ümumiyyətlə, bu cür xəbərləri yazanda ilk öncə araşdırmaq lazımdır. Məlumatı dəqiqləşdirmədən yazmaq düzgün deyil”.

Seyfəddin Rəhimov icra hakimiyyətinin digər şöbə müdirlərinin də çıxarılması məsələsinə münasibət bildirib: "Hələ ki, icra hakimiyyətində heç bir dəyişiklik yoxdur. Hamı iş başındadır”.

Qeyd edək ki, sentyabrın 2-də Prezident İlham Əliyevin sərəncamı ilə Zakir Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA