General Prezidentə raport verdi - İlham Əliyevdən yeni tapşırıqlar (FOTO)

img

07-09-2015 [12:59]


Bu gün Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi ilə tanış olub.

Mia.az AzerTac-a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.

Dövlət başçısı Sahil Mühafizənin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə və onların texniki göstəriciləri ilə bağlı stendə baxıb. Prezidentə məlumat verilib ki, müəssisənin fəaliyyət göstərdiyi müddətdə itisürətli və yüksək üzmə qabiliyyətli, müasir silahlarla, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı ilə təchiz edilmiş üçüncü dərəcəli 6 sərhəd gözətçi gəmisi inşa olunaraq Dövlət Sərhəd Xidmətinin döyüş sıralarına daxil edilib.

bitmap-img6

Yeni inşa edilən ikinci dərəcəli sərhəd gözətçi gəmisi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlarla təchiz edilib.

Dövlət başçısı ikinci dərəcəli gəmidə yaradılan şəraitlə tanış olub, üçüncü dərəcəli gəmilərin keçidinə baxmaqla yanaşı, tövsiyə və tapşırıqlarını verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA