03-09-2015 [16:19]
Qafqazinfo.az-ın prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxs üçün cəza istəyib.
A.Məmmədov 2014-cü ildə iki qadınla eyni vaxtda sevgili olub. Tanış olduğu Günel adlı qadınla bir evdə yaşayıb, eyni zamanda Türkanə adlı qızla da sevgili olub. A.Məmmədov hər iki qadınla bir neçə dəfə cinsi əlaqədə olub və bunu mobil telefonun kamerası ilə çəkib. Sonradan isə həmin videoları yayacağı ilə hədələyərk sevgililərindən 3 min manata yaxın pul alıb. Bu məsələ ilə bağlı mübahisələrin birində Anar Məmmədov sevgilisi Türkanəni döyüb.
Hazırda Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 182.2-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilən A.Məmmədov bundan öncə də Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə təqsirləndirilərək Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 600 manat cərimə olunub. A.Məmmədov rayon məhkəməsinin qərarını bu günə kimi icra etməyib.
Anar Məmmədov istintaqa ifadəsində qızlardan pulu borc aldığını desə də, məhkəmədə özünü təqsirli bilib. Sevgililərinə dəyən maddi ziyanı ödəyib.
Dövlət ittihamçısı A.Məmmədovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə cərimə olunduğu 600 manatı ödəməsini istəyib.
Zərərçəkən Günel dövlət ittihamçısının istədiyi cəzaya münasibət bildirərkən deyib ki, keçmiş sevgilisinin həbs edilməsini istəmir: "Yalnız cərimə olunsa bəsdir”.
Digər zərərçəkən sevgili Türkanə isə ümumiyyətlə Anar Məmmədov haqda şikayətçi olmadığını bildirib. O qeyd edib ki, onu bu qərarı verməyə heç kim məcbur etməyib.
Təqsirləndirilən şəxsin vəkili çıxış edərək dəyən ziyanın ödənildiyini və Anar Məmmədovun özünü təqsirli bilməsini xatırladaraq məhkəmədən şərti cəza çıxarmasını xahiş edib.
Anar Məmmədov son söz demək üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası sentyabrın 10-na təyin edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi