"Qəbələ"nin baş məşqçisi tarixi qələbədən danışdı

img

28-08-2015 [09:58]


"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Panatinaikos"la oyunla (2:2) bağlı fikirlərini bildirib.

Mia.az xəbər verir ki, ukraynalı mütəxəssis bunları deyib: 

"Oyunun ilk dəqiqələrindən yerli azarkeşlərin təzyiqi var idi. Bu da komandanın oyununa təsir etdi. Ancaq bu, bizim üçün problem deyildi. Bütün bunlara hazır idik. İlk qoldan sonra rəqibin hücumlarının artırması normal idi. Amma qeyd etməliyəm ki, hücumdakı oyunumuzdan razı qalmadım. 

Oyuna yaxşı hazırlaşmışdıq. Məqsədimiz də o idi ki, bütün oyunboyu diqqətli olaq. Qol vurandan sonra başa düşürsən ki, bu hesab səni qane edir. İstər istəməz oyun öz-özünə dəyişir. Rəqib aqressiv oynadı, temp yaratdı. Hücumda lazımı kimi də oynamadıq.

Mən istəyirəm ki, nüfuzlu oyunçu transfer edilsin. Amma ən başlıcası həmin oyunçu hazır olsun. Onun bu mərhələdə yaş fərqi yoxdu. Məsələn, futbolçumuz Aleksey Qayı misal göstərə bilərəm. Ümumiyyətlə, transfer etməmiz mümkün deyil".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA