Tale Heydərov: “Belə uğur gözləmirdim…”

img

18-08-2015 [13:42]


Avroliqada bu mövsümdə birdən-birə üç mərhələ keçəcəyimizi gözləmirdim. Amma biz buna nail olduq. Məncə, bu artıq çox böyük uğurdur.   Axar.az-ın xəbərinə görə, bu sözləri "Qəbələ” klubunun prezidenti Tale Heydərov deyib. Qol.az yazıb ki, Ukraynanın "2+2” telekanalı "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukla bağlı reportaj hazırlayıb.   Reportajda R.Qriqorçuk haqda fikirlərini bildirən T.Heydərov onun fəaliyyətindən razı qaldığını deyib.   "Düşünürəm ki, hələlik Qriqorçukun Ukraynaya qayıtmaq fikri yoxdur. Əgər gələcəkdə bu fikrə düşsə, biz əlimizdən gələni edəcəyik ki, onu komandamızda saxlayaq”, - deyə T.Heydərov bildirib.   Klubun vitse-prezidenti Fariz Nəcəfov da qeyd edib ki, hələ uzun müddət Roman Qriqorçukla işləmək istəyirlər: "Biz son on ildə axtardığımız məşqçini tapmışıq”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA