Bərdədə oturaq aksiya - İcra başçısı həbslərə qərar verdi (FOTO)

img

15-08-2015 [17:39]


Bərdə şəhərində məcburi köçkünlərin İcra hakimiyyətinə doğru yürüş keçirməkdə israr etmələri gərginlik yaradıb. 

Mia.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və fotolar yayılıb.

Məlumata görə, narazılıq icra başçısı Vidadi İsayevlə "Qaçqınkom"un yerli nümayəndələrinin köçkünlərin dərdlərinə əlac etməmələrindən qaynaqlanıb. İddiaya görə, məcburi köçkünlərin etirazlarının səbəbi Bərdə-Yevlax yolunda qaçqınlar üçün nəzərdə tutulmuş mənzillərin verilməməsi olub. 

Şəhərin mərkəzindəki 105 saylı peşə məktəbinin yataqxanasında məskunlaşan məcburi köçkünlərin bir qismini köçürüblər. Lakin təqribən 30-a yaxın ailə evlə təmin olunmayıb. Sakinlər bidirib ki, 125 məcbur köçkün ailəsi mənzillə təmin olunub. Qalan ailələrə isə müxtəlif bəhanələrlə mənzil verilməyib.  

Aksiyaya gəldikdə isə narazıların sıralarının genışlənməməsi üçün rayon rəhbərliyi polis gücündən  yararlanır. Bunu nəzərə alan camaat  Heydər Əliyevin abidəsi önündə oturaq aksiyaya başlayıblar.

Məlumatda o da bildirilir ki, icra başçısının tapşırığı ilə rayonda həbslər də başlayıb.

Əlavə məlumatlar verməyə çalışacağıq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA