13-08-2015 [15:25]
Redaksiyamıza
Bakı şəhəri, Binaqədi rayonu, Xutor qəsəbəsi, 1 şimal tingliyi ev 6/6-da
yaşayan Allahyarov Yaqub İbad oğlu tərəfindən şikayət məktubu daxil olub.
Şikayətçi Mia.az-a bildirib ki, Binəqədi rayon məhkəməsinin hakimi Elmar Rəhimov 2(001)-800/15
saylı 18 mart 2015-ci il tarixli qətnaməsi ilə onun qanuni haqlarını pozub:
"Hakim məndən
16.143 (on altı min yüz qırx üç) manat məbləğində vəsaitin tutularaq Məhərrəmov
Elgün Əliş oğluna verilməsi haqda qərar qəbul dib. Lakin işin halları və ortada
olan təkzibolunmaz dəlillər, həmçinin, Abşeron rayon Polis Şöbəsinin apardığı
araşdırmalar göstərir ki, hakim tamamilə yanlış qərar verib. Belə ki, mən qanunvericiliyin
tələbinə uyğun olaraq, mənzilin dəyərini hissə-hissə tam şəkildə ödəmiş, həmin
vəsait iş üzrə digər cavabdeh Mustafayev Sahib Cavad oğlu tərəfindən qəbul
edilmişdir. Cavabdeh bu faktı məhkəmə
iclasında etiraf etmiş, pul vəsaitinin onun tərəfindən alınmasına dair müvafiq
qəbz də vermişdir. Göstərilən xüsusatlar məhkəməyə təqdim edilib.
Göründüyü
kimi iddiaçının tələb etdiyi pul vəsaiti məndə deyil, digər cavabdehMustafayev
Sahib Cavad oğlunda qalmış və o, həmin pul həcmində "İlin dörd fəsli” MMC-nə
müvafiq işlər görməli olduğu halda, o, bunu etməmiş, üzərinə götürdüyü öhdəliyi
yerinə yetirməmişdir.
Belə
olan halda, tələb olunan pul vəsaiti məndən yox, digər cavabdeh Mustafayev
Sahib Cavad oğlundan tutulmalı idi. Lakin, birinci instansiya məhkəməsi, bu
halı nəzərə almamış, iş üzrə səhv nəticəyə gəlinmişdir”.
Y.Allahyarovun təqdim etdiyi sənədlərdən görünür ki, polis və prokurorluqda da Sahib Mustafayev izahat verərək, pulu özünün aldığını etiraf edib:
"Diqqətə
çatdırım ki, 2011-ci ilin may ayından tanıdığım, hazırki iş üzrə cavabdeh
Mustafayev Sahib Cəlal oğlu podradçı şirkət kimi Abşeron rayonu, Masazır qəsəbəsi,
"Yeni Bakı” yaşayış kompleksində işləyib. Sahib həmin yaşayış kompleksində
binaların girişlərini öz briqadası ilə təmir etdiyi üçün ona pulun müqavilində
yaşayış kompleksinin rəhbərliyi binalarda ona mənzil verib. Sahib də öz növbəsində
həmin mənzilləri satıb ustaların pullarını ödəyirdi. 2011-ci ilin avqust ayında
Sahibə həmin yaşayış kompleksinin "A” və "B” blokunda gördüyü işinin
müqabilində sahələri 69 və 70 kv.metr olan mənzillər verilib. Sahib həmin mənzillərin
tez satılması üçün kompleksin satış qiymətindən hər bir kv.metrini 20 manat
ucuz satacağını və pulunun hissə-hissə ödənilməsinə də razı olduğunu bildirdikdən
sonra, mən, bu barədə qardaşıma danışmışdım. Qardaşım da mənizil almaq istəyən
dostu Elgünə bu barədə demiş, Elgün bu təklifi qəbul etmişdir. Bundan sonra
"İlin dörd fəsli” MMC ilə kompleksinin "B” bolkunda 34-cü mənzilə
dair Elgünün adına müqavilə bağlanıb.
Tərəflər
arasındakı razılaşmaya əsasən alıcılar pulları Sahibə verməli, Sahib isə həmin
puldan işçilərin maaşlarını ödəməli, kompleksin sahibləri isə Sahibin işinin
qiyməti müqabilində həmin pulları hesablayaraq mənzilin ödənişi kimi Sahibə qəbz
verilməli idi. Alıcılar mənim tanışlarım olduğu üçün mənzillərin pullarını
onlar tədricən mənə vermiş, mən də həmin pulları Sahibə vermişəm. Sahib məndən
mənzillərin pulunun tam şəkildə almasına dair müvafiq qəbz də verib. Hətta
onunla birgə işləmədiyim dövrdə də pulunu hissə-hissə ona vermişəm. O da bunu
polis və prokurorluqda mənim şikayətlərim əsasında aparılan istintaqda etiraf
edib. İzahatlar verib. Ancaq hakim Elmar müəllim prosesin son iclasında birdən-birə
Sahibi ortadan çıxaraq, borcu mənim üzərimə "yüklədi”. Bu tamami ilə ədalətsiz
bir qərardı. Belə çıxır ki, pulu alıb, yeyən kef eləməlidir, mən onun yerinə
pul ödəməliyəm? Bu hansı ədalətdir?”.
Şikayətçi
deyir ki, vəziyyəti belə gördükdən sonra o da Sahibə qarşı iddia qaldırıb və Nərimanov
rayon məhkəməsində qalib gəlib: "Nərimanov rayon məhkəməsinin qərarına görə Sahib
mənə 19250 manat pul verməlidir. İndi mənə aydın deyil, Binəqədinin hakimi bu qərardan
sonra özünə necə haqq qazandıracaq”.
Yaqub
Allahyarov deyir ki, Elmar Rəhimovun qərarına qarşı sonadək mübarizə aparacaq:
"Çox maraqlıdır ki, məhkəmə qarşı tərəfin, yəni Masallı sakini Elgün və onun
yaxın ətrafının məni kriminal qruplarla hədələmələrinə də məhəl qoymayıb. O
adamların və məhkəmənin nədən Sahibi ortadan çıxarmaları və məni haqsız yerə hədəfə
almaları ortaya çox ciddi şübhələr çıxarıb. Mən həm bu, həm də mənə kriminal
qruplarla hədələyənlərə qarşı ölçü götürülməsi məqsədiylə Daxili İşlər
Nazirliyinə də şikayət hazırlayıram!”.
Şikayətçi sonda prezident İlham Əliyevdən, nazir Fikrət Məmmədovdan və Ali Məhkəmənin sədri Ramiz Rzayevdən bu ədalətsizliyin araşıdrılmasına köməklik göstərmələrini xahiş edib.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi