Türk baş məşqçi Cavidin həbsindən yazdı - "Belə duruma düşməsinə çox üzüldüm..."

img

11-08-2015 [22:22]


"Qəbələ”nin futbolçusu Cavid Hüseynovun həbs olunması xəbərinə onun sabiq baş məşqçisindən reaksiya gəlib.

Mia.az Anspressə-ə istinadən xəbər verir ki, Tovuzun "Turan” komandasında çalışarkən Cavidi üzə çıxaran türkiyəli mütəxəssis Naci Şensoy bu olayla bağlı şəxsi "facebook” səhifəsində status paylaşıb. Şensoyun yazdıqlarını olduğu kimi sizə təqdim edirik:

"2004/05 mövsümündə Azərbaycanın "Turan” komandasında işlədiyim zaman küçədən tapıb futbolun ilk sirlərini öyrətdiyim və Azərbaycan millisinə qədər yüksəlməsində əməyim keçən Cavid Hüseynovun bu cür duruma düşməsinə çox üzüldüm. Demək ki, bugünkü futbolçulara fiziki kondisyilarını yüksəltməyə kömək edən məşqçilərdən savayı, mənəvi dəstək verə biləcək, onların idmançı xarakterlərini və duyğusal zəkalarını ən yüksək səviyyəyə çatdıra biləcək, tənqid olanda özlərini idarə edə bilmələrinə və daha xoşniyyət olmalarına yardım edəcək bir psixoloq, sosioloq, ya da Mentor kimisinə ehtiyacı var” Bəxtsiz şəkildə ölən jurnalist Rasim Əliyevə Allahdan rəhmət, keçmiş tələbəm Cavid Hüseynova isə "keçmiş olsun” diləyirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA