Sürücülərə şad xəbər – Benzindən qaza keçirik

img

05-08-2015 [15:33]


"Benzinlə çalışan avtonəqliyyat vasitələrinin mükərrikini qazla iş prinsipinə çevirəcəyik və ondan sonra həmin nəqliyyat vasitələri də sıxılmış qazla çalışacaq". 

Bunu "Report"a "SOCAR Petroleum CNG"dən bildiriblər. Məlumata görə, bunla bağlı hazırlıq işlərinin bir hissəsi artıq yekunlaşıb:

 "Həmin işləri görmək üçün yeni texnologiyadan istifadə ediləcək. İtaliyanın məşhur "CuboGas" texnologiyasından istifadə etməyi düşünürük. Çevrilmə işlərinin aparılması üçün artıq müvafiq bina hazırdır. Sadəcə texnologiyanın tətbiqi ilə bağlı bəzi məsələlər dəqiqləşdirilir. Düşünürük ki, qarşıdakı iki ayda bu proses tam yekunlaşacaq və növbəti işlərə başlayacağıq", - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, SOCAR qarşıdakı bir neçə il ərzində ölkədə yanacaq bazarında sıxılmış qazın payını 30%-ə çatdırmaq niyyətindədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA