"Telekanal yayım hüququna görə AFFA-ya 700 min manat ödəyəcək"

img

05-08-2015 [00:05]


Qarşıdakı mövsümdə futbol üzrə Azərbaycan Premyer Liqasının oyunlrını CBC TV yayımlayacaq. Telekanal Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqasının elan etdiyi tenderdə qalib gəlib.

Sivil.az xəbər verir ki, tərəflər arasında bağlanmış razılaşmaya görə telekanal yayım hüququna görə AFFA-ya 700 min manat ödəyəcək. Bu vəsait Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcəkdir. 

İlkin razılığa əsasən CBC beynəlxalq peyk TV olduğuna və xarici dillərdə yayımlandığına görə oyunlar rus dilində şərh ediləcək. Azərbaycan dilində isə AFFA-nın youtube (AFFA Official ) kanalında yayımlanacaqdır. 

"CBC TV çəkilişləri 8-12 kamera ilə aparmağı, yaxın müddətdə idman kanalı açmağı və yayım hüququnu o kanala vermək öhdəliyini də üzərinə götürüb”. Bunları CBC TV-nin Baş direktoru Azər Xəlilov Sivil.az saytının müxbirinə bildirib.

Önun sözlərinə görə, hələlik oyunların yayımı Türkiyənin məşhur "Saran Holding” şirkəti vasitəsilə həyata keçiriləcək. Azər Xəlilov bildirib ki, adıçəkilən şirkətin peşəkar mütəxəssisləri parallel olaraq CBC şirkətinin əməkdaşlarına təlimlər keçəcəklər. Təlimlər btdikdən sonar bütün yayım yerli televiziyanın əməkdaşlarının öhdəsində olacaq.

Baş director gələcəkdə CBC Sport kanalının yaradılması ilə bağlı müzakiələrin aparıldığını da deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA