“Qarabağ”ın rəqibi Respublika Stadionundan imtina etdi

img

04-08-2015 [23:01]


Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ” III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah Şotlandiyanın "Seltik” klubunu qəbul edəcək. 
 
Mia.az Sport7.az-a istinadən  xəbər verir ki, qarşılaşma öncəsində problem yaranıb.
 
Belə ki, bu gün axşam Tofiq Bəhramov adına Respublika Stadionunda məşqə çıxmalı olan qonaq rəsmilər günorta saatlarında mərkəzi arenaya baş çəkib. Şotlandlar meydançanın durumu ilə tanış olandan sonra qarabağlılara oyunöncəsi son hazırlığı başqa arenada keçirmək istədiklərini bildiriblər. 
 
Təmsilçimiz də qlazqoluları razı salmaq üçün alternativ variant axtarışına çıxıb. 
 
Saytın yaydığı məlumata görə, ağdamlılar hətta "Bakcell Arena"nı xidmətindən yararlanmaq istəyir. Artıq bununla bağlı stadionun məxsus olduğu AFFA-ya müraciət ünvanlanıb. Assosiasiyadan müsbət cavab alınmayacağı halda məcburən oyunöncəsi məşq Respublika stadionunda keçiriləcək. Amma qonaqların ixtiyarına  "Qarabağ" bazasının verilmə variantı da var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA