03-08-2015 [17:00]
ORCTV.az-ın bu dəfəki qonağı dörqat dünya, avropa və dəfələrlə beynəlxalq turnirlərin qalibi Nəriman Cavadzadədir.
"Nazirlik səviyyəsində olmayan yarışlarda çempion olurlar və yalan yerə çempionluq saylarını artırırlar”
- Nəriman, kifayət qədər titulların var. Ölkəmizdə elə idmançılar var ki, bir titul qazanan kimi davamını gətirmək istəmirlər. Sənin buna münasibətini öyrənmək istərdim...
Bəli, düzgün vurğuladınız ki, bəzi idmançılar bir tituldan sonra medalların ardını gətirə bilmirlər. Səbəb isə odur ki, onlara dövlət gözəl şərait qurur,onlar isə bundan suistifadə edib, özlərini çətinliyə atmaq istəmirlər. Şəxsən mən bu cür idmançılara və onların bu cür addımlarına çox pis baxıram. Bu hələ harasıdır. Elə idmançılarımız var ki, iki-üç dəfə dünya çempionu olub, lakin özlərini 15-17 qat çempion kimi təqdim edirlər.
- İlk dəfə dünya çempionu olanda hansı hisləri keçirdiniz?
Bu hissləri dilə gətirmək çemöion olmaqdan çətindir. İnanın insan o qədər sevinc içində olur ki, hər şeyi unudur. Ən əsası da ölkənin bayrağını ucaldması insana fəxarət hissi gətirir.
- Son vaxtlar niyə idman tədbirlərində az –az görünürsünüz?
Qolumdan aldığım zədə əvvəlki tək məşq eləməyə imkan vermir, lakin buna baxmayaraq, asta-sta məşqlərimi davam etdirirəm. Lakin qarşıdan gələn tədbirlərdə və yarışlarda məni görəcəksiniz.
- Hər dəfə medalla vətənə qayıdanda səni böyük izdihamla qəbul ediblərmi?
Bəli, hər yarışdan qayıdanda bizi çox izdihamla qarışlayırlar. Hər dəfə hava limanında bu cür izdihamla qarşılandığımız zaman, elə bil dünyanı bizə verirlər. Çox sağ olsunlar.
- Sonuncu dünya çempionluğunu hansı ölkədə keçirilən yarışda qazandınız?
Əvvəla, onu deyim ki, mənim üçün bütün çempionluğum əzizdir. Lakin son çempion olduğum yarış mənim üçün daha vacib və əhəmiyyət kəsb edirdi. Ona görə ki, bu yarış ölkəmizdə təşkil olunurdu. Şükürlər olsun ki, ölkəmizdə bu yarışda da bayrağımızı yüksəklərə qaldırdım.
- Sizin üçün ən yadda qalan və güclü rəqiblər hansı olub?
Ən yadda qalan rəqibim Rusiyanı təmsil edən Dağıstanlı idmançı Rəcəb Miqutdinovdur. Pekində keçirilən yarış zamanı onunla qarşılaşmam çox çətin keçdi. Elə ona uduzaraq, 3-cü yeri tutdum. Bu yarışda uduzmağımın əsas səbəbi isə çəki kateqoriyamı dəyişməyim və tam hazır olmamağım oldu. Ölkədaxilində isə dostum və rəqibim Ellər Orucovdur.
- Qalib gəldiyin rəqiblərin sırasında erməni idmançılar olub?
Bəli, olub. 2008-ci ildə İspanyada təşkil olunmuş yarışda erməni rəqibimlə yarımfinalda qarşılaşdım və ona tətbiq etdiyim fənd ilə qolunu sındırdım. Bununlada fəxr edirəm. Amma ölkəmizdə elə idmançılar var ki, erməni idmançıya uduzub gəlir, lakin jurnalistlərə çempion olub gəldim deyirlər. Ayıbdı, vallah.
- Hər bir idmançının bir kumiri var, bəs sənin
Xeyir, heç bir kumirim olmayıb. Hər zaman özüm olmaq istəmişəm. İstəmişəm ki, mən kiminsə kumiri olum, nəinki mən kiməsə oxşayım.
- Çəkinizin az olmasına görə, problem yaşamamısınız?
Olub, özüdə çox olub. Tanımayanlar çəkimə, boyuma baxıb mənə söz atıblar, lakin sonrada buna peşman olublar. Ümumiyyətlə, özüm davakar biri deyiləm, amma kimsə mənə toxunsa, vay halına (gülür).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi