İlham Əliyevə hansı icra başçıları ilə bağlı dosye təqdim olunub? - Yeni iddia (SİYAHI)

img

31-07-2015 [14:41]



Prezident İlham Əliyevin bu il keçirdiyi bütün müşavirələrdə icra başçılarına xəbərdarlıq etməsi təsadüfi deyil və bunun nəticəsini yaxın müddətdə cəmiyyət görəcək.

Bu sözləri Mia.az-a hakimiyyətə yaxın mənbə deyib. Onun sözlərinə görə, avqustun 5-dək məzuniyyət izini verilən əksər icra başçıları iş başına döndükdən sonra bu plan tədricən icraya yönəldiləcək:

«Mənim məlumatıma görə, ilk hədəfdə barələrində daha çox şikayət səslənən Astara, Lerik, Masallı,  Laçın, Goranboy, Ağstafa,  İsmayıllı, Şamaxı, Salyan, Xızı, həmçinin, Bakını Sabunçu, Xətai və Binəqədi rayonlarının icra başçılarıdır. Bu, fakt dəqiqdir. Adıçəkilən icra başçılarının mütləq əksəriyyəti rayon ərazisində görülən abadlıq işlərində sahibkarlara kələk gəliblər. 

Bundan əlavə, xeyli vəsaiti təyinatından yayındırmaqla yanaşı, keyfiyyətsiz layihələrə də imza atıblar. Nəticə etibarı ilə dövlətin  vəsaitləri mənimsənilib, yerlərdə ciddi narazılıq və iqtidra qarşı inamsızlıq formalaşıb. Bununla bağlı artıq dosye hazırlanıb və dövlət başçısına təqdim edilib. Düşünürəm ki, İlham Əlliyev bu rayonların rəhbər şəxsləri ilə bağlı sərt qərarını açıqlayacaq. 

Mümkündür ki, bunların arasından bir neçə nəfərə yeni vəzifə verilsin. Ancaq ümumilikdə, əksəriyyəti bir daha başçı olmayacaq. Hətta bəzilərinin barəsində cinayət işinin başlanması da istisna deyil».

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA