"Qəbələ"dən son saniyə qolu - Avroliqa həyəcanı

img

31-07-2015 [00:27]


Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulur. Fanat.az хəbər verir ki, Azərbaycanı təmsil edən "Qəbələ" ilk matçına səfərdə çıхıb.

Premyer Liqanın bürünc mükafxatçısı Cənubi Kiprdə "Apollon"un qonağı olub. Hesabı 14-cü dəqiqədə Georgios Kolokoudias açıb. Əsas vaхtın son dəqiqəsində Freyre Voyislav Stankoviçə qarşı kobud oynayıb. Hakim onun hərəkətini sarı vərəqə və penalti ilə dəyərləndirib. Bundan sonra meydanda qısamüddətli gərginlik yaranıb və Cavid Hüseynovun zərbəsi dəqiq olub. Amma yenə gərgingilk yaranıb və oyun bir neçə dəqiqə dayanıb. Hətta hakimlər fxutbolçuları paltardəyişmə otağına aparıb. Bir neçə dəqiqə sonra meydana qayıdan fxutbolçular son 3 dəqiqəni oynayıb.

Qeyd edək ki, 1954-cü ildə yaradılan "Apollon" klubu indiyədək 3 dəfə Cənubi Kipr çempionu, 7 dəfə ölkə kubokunun qalibi olub. "Qəbələ"nin rəqibi cari mövsümdə Avropa Liqasının I və II təsnifat mərhələlərində Moldovanın "Saksan" (2:0, 2:0) və Litvanıni "Trakai" (4:0, 0:0) klublarını mübarizədən kənarlaşdırıb. "Qəbələ" isə Tiflis "Dinamo"sundan (1:2, 2:0) və Serbiyanın "Çukariçki" (0:1, 2:0) klubundan üstün olub.

Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyun
 
30 iyul
22.00 Apollon (Cənubi Kipr) - Qəbələ (Azərbaycan) 1:1 
Qol: Georgios Kolokoudias, 14 (ötürmə - Fotis Papoulis) - Cavid Hüseynov, 90-pen. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA