Qurban Qurbanovdan nikbin açıqlama - "...mərhələ keçəcəyik"

img

30-07-2015 [12:50]


Qarabağ"ın baş məşqçisi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Seltik"ə (Şotlandiya) 0:1 hesabı ilə uduzduqları matçdan sonra fikirlərini bildirib.
 
Mia.az Sportal.az-a istinadən xəbər verir ki, o, cavab oyununda azarkeşlərə güvəndiyini bildirib:
 
 "Çox maraqlı və gərgin oyun alındı. Qarşılaşmadan əvvəl məğlub ola biləcəyimizi demişdim. Rəqibimiz yaxşı komanda olduğunu göstərdi, Qlazqoda çətinlik çəkdik. "Seltik"in baş məşqçisini və futbolcularını təbrik edirəm".

Q.Qurbanov  komandasından razı qaldığını deyib:

"Komandam yaxşı oyun nümayiş etdirdi. Hesab edirəm ki, bizi Azərbaycan azarkeşlərinin dəstəyi altında çox maraqlı cavab oyunu gözləyir. Qlazqoda 10 minlərlə azarkeş qarşısında oynamaq xoş təəssürat yaratdı. "Qarabağ"ın da "Seltik" kimi fanat ordusu var. Onlar bizim qələbə qazanıb mərhələ adlamağımız üçün bizə böyük dəstək verəcəklər". 
 
Qeyd edək ki, "Qarabağ" - "Seltik"  cavab görüşü avqustun 5-i 21:30-da başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA