"Qarabağ" "Seltik"ə belə məğlub oldu - VİDEO

img

30-07-2015 [10:13]


Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Azərbaycan çempionu "Qarabağ" ilk matçına səfərdə çıxıb.

Təmsilçimiz Şotlandiyada "Seltik"in qonağı olub. Qlazqondakı "Seltik Park"da baş tutan oyunda 82 dəqiqə hesab açılmayıb. 82-ci dəqiqədə Dedrik Boyata künc zərbəsindən sonra hesabı açıb. Qolun ötürməsini 2 dəqiqə əvvəl meydana çıxan Kris Kommons verib. Beləliklə, "Qarabağ" çətin səfər oyununda 0:1 hesabı ilə yenilib.

Qeyd edək ki, "Seltik" klubu 1887-ci ildə yaradılıb. 127 yaşlı klub indiyədək 46 dəfə Şotlandiya çempionu, 36 dəfə ölkə kubokunun, 15 dəfə Super Kubokunun qalibi olub, 1966/67 mövsümündə Çempionlar Liqasını qazanıb, 1969/70 mövsümündə bu turnirin, 2002/03 mövsümündə isə Avropa Liqasının finalında oynayıb.

"Seltik" bu mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində İslandiyanın "Styarnan" (2:0, 4:1), "Qarabağ" isə Çernoqoriyanın "Rudar" (0:0, 1:0) klubunu mübarizədən kənarlaşdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA