""Seltik"in gücü hər kəsə bəllidir" - Qurban Qurbanov danışdı

img

29-07-2015 [12:09]


"Seltik" böyük tarixi olan klubdur. Onların gücü hər kəsə bəllidir. Özünəməxsus futbol sərgiləyirlər. Hansısa futbolçunun adını çəkməyim düzgün olmazdı. Yetərincə yüksək keyfiyyətli futbolçuları var".

Mia.az klubun saytına istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Seltik"lə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Şotlandiya klubunun matçın favoriti olduğunu bildirib:

"Amma bu oyunda  istənilən nəticə qeydə alına bilər.  "Seltik"lilərin "Qarabağ"ı tərifləməsi onları yüksək peşəkarlığından irəli gəlir. Bizim üçün əlbəttə, bu sözləri eşitmək xoşdur. Amma bu, bizi daha məsuliyyətli olmağa vadar edir. Belə gözəl stadionda, çoxsaylı azarkeşlər önündə oynamaq maraqlı olacaq".

Q.Qurbanov futbolçularının hər hansısa təzyiqlə üzləşəcəyinə inanmadığını vurğulayıb: "Onların belə oyunlarda təcrübəsi olduğunu düşünürəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA