Prezident İlham Əliyev sərəncam imzaladı: Komitə yaradıldı (SİYAHI)

img

24-07-2015 [17:31]


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı il 25–27 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Təşkilat Komitəsinin üzvləri Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Əli Şəfiyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini

İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

İltimas Məmmədov – Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini

İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Elsevər Ağayev – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Musa Pənahov – Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

Sevda Məmmədəliyeva – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Əsgər Abdullayev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Gündüz İsmayılov – Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Sədaqət Qəhrəmanova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Pərviz Musayev – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Fərhad Tağızadə – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Samir Nuriyev – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi

Əfqan Şahmarov – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi

Arif Məmmədov – "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti

Adil Kərimli – Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini

Vasif Eyvazzadə – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri.

Təşkilat Komitəsinin katibi Təşkilat Komitəsinə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə də bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA