Çempionlar Liqası: Bu gecə kimlər qalib gəldi? - Nəticələr

img

22-07-2015 [08:03]


Bu gecə Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Gürcüstan "Dila"sı evdə "Partizan"a 0:2 hesabı ilə yenilərək yenilərək mübarizəni dayandırıb. Ermənistanın "Pünik" klubu səfərdə 0:5 hesabı ilə uduzduğu "Molde"ni evdə məğlub edib - 1:0.
  
Qeyd edək ki, II təsnifat mərhələsinin son 8 oyunu bu gün baş tutacaq. Azərbaycan çempionu "Qarabağ” Çernoqoriyada "Rudar”la görüşəcək. Komandalar arasında ilk matçda hesab açılmayıb - 0:0. Cavab matçı sabah Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.
 
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunları

21 iyul
Dila (Gürcüstan) - Partizan (Serbiya) 0:2
Qollar: Darko Brasanaç, 37. Abubakar Oumaru, 64. 
İlk oyun - 0:1.
 
Pünik (Ermənistan) - Molde (Norveç) 1:0
Qol: Zaven Badoyan, 75.
Ilk oyun - 0:5.
 
Milsami (Moldova) - Ludoqorets (Bolqarıstan) 2:1
Qollar: Georgi Andronik, 26. Petru Raku, 89 - Vanderson, 25.
Qırmızı vərəqə: Andrey Koyoçari, 73 (Milsami).
İlk oyun - 1:0.
 
HİK (Finlandiya) - Ventspils (Latviya) 1:0
Qol: Mike Havenaar, 83.
İlk oyun - 3:1.
 
Makkabi (Təl-Əviv, İsrail) - Hibernians (Malta) 5:1
Qollar: Jorginyo, 32 (avtoqol). Eran Zehavi, 58; 90. Tal Ben Haim, 61. Nosa İqyebor, 82 - Rodolfo Suares, 52.
İlk oyun - 1:2.
 
Vardar (Makedoniya) - APOEL (Cənubi Kipr) 1:1
Qollar: Blaqoya Lyamçevski, 90+4 - Tomas De Vinsenti, 60.
İlk oyun - 0:0.
 
Linkoln (Cəbəllütariq) - Midilyand (Danimarka) 0:2
Qollar: Martin Puşiç, 44. Mikkel Duelund, 89.
İlk oyun - 0:1.
 
Jalgiris (Litva) - Malmö (İsveç) 0:1
Qol: Anton Tinnerholm, 55.
İlk oyun - 0:0.
 
Kruzaders (Şimali İrlandiya) - Şkenderbeu (Albaniya) 3:2
Qollar: Stepan O`Flinn, 50. Mattey Snoddi, 90+2. Andrey Mitçell, 90+3 - Bernard Berişa, 69. Liridon Latifi, 77.
Qırmızı vərəqə: Renato Arapi, 11 (Şkenderbeu).
İlk oyun - 1:4.

Fanat.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA