Azərbaycanlı generalın professor qızı vəfat etdi - Nəşi yandırılacaq (İlginc vəsiyyət)

img

19-07-2015 [00:13]


Moskvada Azərbaycan diasporunun tanınmış üzvü, Sovetlər İttifaqında kosmonavtikanın banilərindən biri olmuş general Kərim Kərimovun qızı, texniki elmlər doktoru, professor Sürəyya Kərimova vəfat edib. 

Mia.az APA-ya istinadən xəbər verir ki, Sürəyya Kərimova iyulun 20-də Moskvanın Vaqankovski qəbristanlğında atasının məzarı yaxınlığında dəfn ediləcək.

Sürəyya Kərimovanın nəşi yandırılmaq üçün krematoriyaya təhvil verilib:

"Bu, onun öz vəsiyyətinə uyğun olaraq edilib. Belə ki, Sürəyya Kərimova sağlığında atası Kərim Kərimovun məzarının yanında dəfn olunmasını vəsiyyət edib. Lakin Kərim Kərimovun məzarının yanında yer olmadığından onun nəşinin yandırılaraq dəfn olunması qərara alınıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA