"Bu ənənənin əsasını Kəmaləddin Heydərov qoyub, ancaq..." - Şikayət

img

13-07-2015 [12:11]



Jurnalist,Yeni Azərbaycan Partiyasının,Azərbaycan Jurnalistlər Birliyinin üzvü Məzahir Həsənov dövlət başçısı İlham Əliyevə və Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərova məktubla müraciə edib.

Jurnalist  Azərbaycan çempionu,taekvondo  üzrə  Azəbaycan milli komandasının üzvü olan oğlu Ceyhun Həsənlinin idman kareyarasına yaradılan əngəllərə son qoyulmasına yönəlmiş hərəkətlərdən yazır və kömək istəyir. 

O, milli komandanın iranlı baş məşqçı Rza Mehmandostun və Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərovun qurduğu işbirliyindən şikayətçidir. 

Jurnalist yazır: 

"Sizə Azərbaycanlı idmançıların yüksəlişi,parlaq gələcəyə malik olmaları,vətənpərvər bir vətəndaş olaraq yetiməyi  lazımdırsa lütfən onlara,o cümlədən övladım Ceyhun Həsənliyə sahib çıxın. Nağı Səfərov-Rza Mehmandost birliyi Azərbaycan taekvondosunu inkişaf etdirməyə deyil, azərbaycanlı idmaçılarını öz vətənində, öz torpağında idmansız qoymağa, onlardakı vətənpərvərlik ruhunu məhv etməyə yönəlmiş bir siyasətdir. Azərbaycan taekvondosu iranlılardan, ruslardan ibarət ola bilməz. Rza Mehmandostun məqsədi Azərbaycanda çalışmaq, millyonlar qazanmaq, azərbaycanlıları deyil, özü ilə gətirdiyi iranlıları yetişdirməkdir. Bu necə bir siyasətdir ki, dünən İrandan gətirilən idmançılar Azərbaycanda super şəraitdə bəslənilir, yetişdirilir, mənim övladım öz evində, öz torpağında, öz vətənində həsrətlə onları seyr edir. Budurmu ədalət, budurmu idmana qayğı, budurmu Azərbaycan gəncliyinə sayğı, hörmət?”

M.Həsənli davam edir: "Mən bəlkə səhv düşünürəm, bəlkə övladıma qarşı olan haqsızlığa üsyan edərək həqiqəti əks etdirməyən düşüncələrimə qapılmışam. Bilmək istəyirəm, hər cür şəraiti olan milli komandamızın zallarında, yüksək məbləğlə təmin edilən baş məşqçininin məşqlərində kimin övladının istifadə etməyə haqqı çoxdur. 21 yaşlı böyüklər arasında Azərbaycan çempionu Ceyhun Həsənlinin, yoxsa Ahmed Mohammadinin, Radik İsayevin, Sina Behraminin, Beqri Heçeqaninin və ya adlarını çəkmədiyim digər xaricdən gətirilən idmançıların. Ceyhun Həsənli gənc həyatını bu idman növünə həsr edib. Cəmi 21 yaşı var. Onun amalı sidq ürəkdən öz xalqı, milləti üçün bir idmançı kimi onun müqəddəs bayrağını ucalara qaldırmaqdır. Nədən, hansı haqla  Mehmandost bir sözlə onu öz torpağında, öz vətənində, iranlının, rusun gözü qarşısında   milli komandamızda qapını göstərsin. Əgər buna haqqı varsa mən susub taleyimlə barışım. Oğlum da Rza Mehmandostun məhv edib millidən qovduğu və  bu gün çilingər, ofisiant kimi çalışan perspektivli taekvondoçular kimi gənc yaşında idmana  əlvidamı  desin?”

Jurnalist bildirir ki, Avropa Oyunlarından sonra növbəti hədəf Yay Olimpia Oyunlarıdır: "Orada iştirak etmıək üçün reytinq xalları qazanılmalıdır. Ceyhun Həsənli evdə oturub klub məşqi keçərək reytinq xalları necə qazana bilər?”   

Birinci Avropa Oyunlarında  taekvondomuzun  böyük  nailiyyətlər əldə etməsini qeyd edən M.Həsənli yazır ki, bunu Rza Mehmandostun misilsiz  fəaliyyəti ilə əlaqələndirmək  lazım  deyil: "Bizim  taekvondo məktəbimiz var. Kəmaləddin  müəllim  sağ olsun, hər cür şərait  yaradıb. Bu ənənənin  əsasını  Kəmaləddin Heydərov  qoyub. Onun inkişafına  Fizuli  Musayev, Ələkbər İmaməliyev, Gündüz Abdullayev və digər  insanlar  böyük  tövhə  veriblər. Rza Mehmandost  nə  qədər  sehirbaz  olsa  belə  qısa  zaman  kəsiyində belə  uğura imza  ata  bilməz. Onun  sadəcə şansı  gətirdi. Əgər  o  həqiqətən də dahi  məşqçidirsə buyursun yetişdirsin kənarda qalan idmançılarımıza  yardımçı olsun, onların çatışmayan cəhətlərini  aradan  qaldırsın.Bu  şəxs  bunu etməyəcək. Çünki, o  buna maraqlı  deyil”.  
Sözünün sonunda jurnalist xahiş edir ki, dövlət başçısı bu əcaib idman siyasətinə son qoyulmasına nail olsun: "Bizim övladlara bacarıqsız deyən yadelli məşqçilərə başa salın ki, bu torpağda bu torpağın övladlarını yetişdirmək lazımdır. Yoxsa bir müddət sonra Azərbaycanlı idmançıların səsi beynəlxalq yarışlardan deyil, ən zərərli yerlərdən gələ bilər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA