Blatter: "Həbs olunacağımdan qorxuram"

img

06-07-2015 [17:52]


FİFA prezidentliyindən istefa verən Yozef Blatter maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məumata görə, Blatter həbs edilmək qorxusu olduğu üçün İsveçrədən kənara çıxmadığını bildirib:

"Kanadada qadınlar arasında keçirilən dünya çempionatına gedə bilmədim. Amerikalıların mənə qarşı xüsusi qəsdi-qərəzləri yoxdur. Sadəcə, həbs olunmağımdan və bunun böyük səs-küyə səbəb olacağından qorxuram. Tənqidlər məni incitmir. Məni narahat edən təhqirlər və insanların mənə qarşı olan qəzəbidir. Hər kəsin bir qorxusu var. Məsələn, ölüm qorxu kimi. Ancaq mən FİFA-da işimi itirməkdən yox, insanların FİFA-nı məhv etmələrindən qorxuram".

Qeyd edək ki, Blatter mayın 29-da keçirikən seçkilərdə FİFA prezidenti seçilsə də, 4 gün sonra hər kəs tərəfindən dəstəklənməməsini əsas gətirərək istefa verib.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA