Azərbaycanda banka silahlı basqın; pullar oğurlandı, polisi yaraladılar (FOTOLAR)

img

04-07-2015 [02:00]


Bu axşam bir nəfər "Kapital Bank”a hücüm edib. ANS PRESS-in məlumatına görə, həmin şəxs mühafizəçini bıçaqlayaraq xəzinəni açıb.

Quldurluq hadisəsi "Kapital Bank”ın Xırdalan şəhərində yerləşən filialında törədilib. Abşeron Polis İdarəsindən verilən məlumata görə, Xırdalanda yerləşən "Kapital Bank”ın filialına daxil olan şəxs orada mühafizəçi işləyən şəxsdən pul tələb edib. Rədd cavab aldıqda isə, basqın edən şəxs ona bıçaq zərbəsi vuraraq kassada olan pulu götürərək hadisə yerindən qaçmaq istəyib. Lakin kassada pul olmayıb.

Aparılan əməliyyat istintaq tədbirləri nəticəsində hücum edən şəxs dərhal həbs edilib. İstintaq sirri olduğundan həmin şəxsin adı açıqlanmır. Onun yalnız həmin bankda inkasator vəzifəsində işlədiyi bildirilir. Hadisə vaxtı cinayətkar məzuniyyətdə imiş.

Yaralı mühafizəçi xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar davam edir.


















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA