30-06-2015 [15:12]
Mia.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, hələlik paytaxtda "Oyunlar zolağı”, yük avtomobilləri və qeyri-Bakı nömrəli avtomobillərlə bağlı qadağalar qüvvəsində qalacaq: "Nə qədər ki, müvafiq yol nişanları yerindədir, yollarda Bakı 2015 I Avropa Oyunları üçün ayrılmış sarı zolaqlarla əlaqədar qaydalar qüvvəsindədir və sürücülər bu "Oyunlar zolağı” qaydalarına əməl etməkdə davam etməlidirlər. Əks halda, qanuna müvafiq qaydada yenə cərimələnəcəklər".
Onun sözlərinə görə, həmçinin, hazırda qeyri-Bakı qeydiyyatlı nəqliyyat vasitələrinin, eləcə də yük avtomobillərinin gündüz vaxtı paytaxta buraxılmasına qoyulan məhdudiyyətlər davam edir: "Bu məhdudiyyətlərlə əlaqədar hazırda Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyü Komissiyasında müzakirələr aparılır. Nazirlər Kabinetində yeni qərar qəbul edilənədək bu məhdudiyyətlər qüvvəsində qalacaq. Hökumətin adıçəkilən məsələ ilə bağlı qərarının yaxın bir neçə gün ərzində veriləcəyi gözlənilir”.
Qeyd edək ki, Avropa Oyunları öncəsi bu məhdudiyyətlərin iyulun 1-dək davam edəcəyi élan edilmişdi.
K.Əliyev bildirib ki, bu müddət uzadıla da bilər: "Bu gün əhalinin, Bakı sakinlərinin çoxsaylı müraciətləri nəzərə alınaraq, eləcə də paytaxtda nəqliyyat sıxlığının minimuma endirilməsi məqsədi ilə zəruri tədbirlərin keçirilməsinə ehtiyac var. Bu səbəbdən də hazırda Komissiyada müvafiq müzakirələr aparılır. Komissiyanın qərarı açıqlananadək bu məhdudiyyətlər qüvvəsində qalacaq”.
Şöbə rəisi qeyd edib ki, adıçəkilən Komissiyada Bakıda yol hərəkəti qaydaları və nəqliyyat sistemi ilə bağlı bəzi dəyişikliklərin və yeniliklərin edilməsi də müzakirə olunur: "Məsələn, ola bilsin ki, operativ nəqliyyat vasitələri üçün ayrıca zolaq müəyyənləşdirilsin. Təkcə "Oyunlar zolağı” olan yollarda yox, digər yollarda da bu zolaqlar yaradıla bilər. Bundan əlavə, iriqabaritli avtomobillərin paytaxta girişinə ümumiyyətlə qadağanın qoyulması, yüklərin daşınması və paylanması, bəzi yüklərin gecə saatlarında, bəzi kommunal təsərrüfatlara cəlb olunmuş nəqliyyat vasitələrinin gecə saatlarında xidmət etməsi, bəzi yerlərə ictimai nəqliyyat vasitələrinin sayının artırılması, avtomobillərin ətraf mühitə vurduğu zərər və s. nəzərə alınaraq, ümumiyyətlə nəqliyyat problemlərinin həlli ilə bağlı bəzi yenilik və dəyişikliklərin tətbiq edilməsi ilə əlaqədar müvafiq qərar qəbul olunacağı istisna edilmir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi