29-06-2015 [20:50]
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri I Avropa Oyunlarında qalib gələn idmançılar, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və oyunların təşkilində xidmətləri olan xaraici tərəfdaşlarla görüşdə iştirak ediblər.
Mia.az Report-a istinadən xəbər verir ki, prezident Avropa Oyunlarının uğurla başa çatması münasibətilə təbriklərini çatdırıb, oyunları Azərbaycan və Avropa üçün tarixi hadisə kimi dəyərləndirib. İlham Əliyev bu Oyunlara ictimaiyyətin dəstək verdiyini, bunun sayəsində oyunların yüksək səviyyədə keçdiyini vurğulayıb.
Prezident oyunlara hazırlıqda Beynəlxalq Əməliyyat Komitəsinin rolunu da yüksək qiymətləndirib.
Dövlət başçısı könüllülərin fəaliyyətindən də danışıb:
"Bizim gənclər qürur mənbəyimizdir. Onlar gecə-gündüz peşəkarlıqla, mədəniyyət göstərərək, Azərbaycan xalqına xas olan qonaqpərvərliyi nüməyiş etdirərərək çalışıblar. Doğrudan da, bizim gələcəyimiz etibarlı əllərdədir. Onlar cəmiyyətdə öz layiqli yerlərini tutacaqlar”.
İ.Əliyev Avropa Oyunlarının keçirilməsi ilə bağlı yaradılan Təşkilat Komitəsinin fəaliyyətini xüsusi vurğulayıb: "Hər bir xırda məsələ, bütün işlər ən yüksən səviyyədə görülmüşdü. Oyunların keçirilməsində heç bir problem yaşanmayıb. Təşkilat Komitəsinə rəhbərlik edən Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirirəm. O, bu oyunların keçirilməsinə çox böyük töhvə verib, oyunların bu səviyyədə keçirilməsi üçün canını qoydu.
Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu komitə belə tərkibdə ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq, həm də ən əsası xalqa, dövlətə sevgi-məhəbbət vardı və var. Ümumiyyətlə, bu, ölkəmizin əldə etdiyi uğurların əsas şərtidir”.
Dövlət başçısı idmançıların uğurlarının ölkənin gücünü, potensialını göstərdiyini bildirib.
Prezident İlham Əliyev Avropa Oyunlarının cəmiyyətdə unikal əhval-ruhiyyə yaratdığını qeyd edib:
"İdmançıların qələbələri bu Oyunları daha böyük zirvəyə qaldırdı. Azərbaycan komandasının neçənci yer tutması ilə bağlı cəmiyyətdə fərziyələr var idi. Heç kim inanmırdı ki, bu, ikinci yer olacaq. Bu, tarixi qələbədir, Azərbaycan idmanının qələbəsidir. Sizi öpürəm, bağrıma basıram. Oyunlar keçirilən zaman yəqin ki, hamımız kövrəldik. Bu zaman elə anlar olmuşdu ki, bunu sözlə ifadə etmək çətindir. Qələbə sevinci, qürur hissi, idmançılarımızın rəşadəti, xalqımızın birliyi heç vaxt yadımızdan çıxmayacaq. Azərbaycan bu gün zirvədədir, ölkəmiz inkişafda olan müstəqil dövlət kimi uğurla irəli gedir. Siyasi, iqtisadi sahədə, diplomatik arenalarda, idman yarışlarında böyük qələbələrimiz var. Biz haqlı olaraq, bununla fəxr edirik. Fəxr edirik ki, biz Azərbaycan vətəndaşıyıq. Fəxr edirik ki, biz cəmi 24 il ərzində güclü dövlət qurmuşuq”.
"Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Prezident İlham Əliyevə təşəkkürünü bildirib:
"17 gün ərzində yaşadığımız xoş anlar üçün Sizə dərin minnətdarlığımızı bildiririk. İdman leksikasından istifadə etsəm, deyə bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Burada qalib gəlməmək mümkün deyildi. Xalqımıza, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir. Xidmətimizin nəticələrini görüb, yaşamaq xoşbəxtlikdir. Biz hər birimiz ölkənin əsgəriyik, Azərbaycanın gələcəyi üçün tam gücümüzlə xidmət etməyə hazırıq. Çox sağ olun ki, Azərbaycanı belə yüksək zirvələrə qaldırmısınız. Tanrı Sizi və Azərbaycanı hər zaman qorusun”.




Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi