Prezident qalib paracüdoçulara bir arada! - VİDEO, FOTOLAR

img

26-06-2015 [22:40]


Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında gözdən əlil kişi cüdoçuların 90 kq-dan artıq çəkidəki yarışında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.

Mükafatlandırma mərasimi zamanı Azərbaycan prezidenti İlham Zəkiyevlə birlikdə ən yüksək pillə olan fəxri kürsüyə qalxıb.

Bu çəki dərəcəsində paralimpiyaçımız İlham Zəkiyev hamıdan güclü olub. 2 dəfə Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu İ.Zəkiyev finalda ukraynalı Oleksandr Pominovu məğlub edərək Avropa Oyunlarının qızıl medalına sahib olub.

Bu çəkidə bürünc mükafatı isə digər paracüdoçumuz Zakir Mislimov qazanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA