"Azərbaycanda şahmat və "Formula 1" yarışı da keçiriləcək" - Nazir danışdı

img

26-06-2015 [12:18]


"Böyük idman tədbirlərinin keçirilməsi özlüyündə olimpiya oyunlarına aparan yoldur”.

Bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib. 

Nazirin sözlərinə görə, Azərbaycan 2016 və 2020-ci illərdə Olimpiya Oyunlarına iddia edib:

"Avropa Oyunları da ölkəmizin hazırlığını göstərmək üçün yaxşı fürsətdir. Bildiyiniz kimi, Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcəyik. Şahmat Olimpiadasını yüksək səviyyədə keçirməyə çalışacağıq. Azərbaycanda "Formula 1" yarışı da keçiriləcək. 

İslam Həmrəylik Oyunları, 2020 Futbol üzrə Avropa çempionatının 4 oyununun Azərbaycanda keçirilməsinə qərar verilməsi ölkənin müxtəlif sahələr üzrə hazırlığı nümayiş etdirməsi üçün yaxşı fürsətdir. Azərbaycanın 2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək üçün müraciət etməsi ilə bağlı da məsələ var, yekun qərarı dövlət başçısı verəcək. 

Sentyabrın 15-dək vaxtımız var ki, vəziyyəti dəyərləndirək. Bundan sonra qərar veriləcək, hələlik qərar yoxdur".

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA