Bakıya maşınların girişi yenə dayandırılacaq – DYP-dən xəbərdarlıq

img

24-06-2015 [11:35]


Avropa Oyunlarının bağlanış mərasimində paytaxta avtomobillərin daxil olmasına müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, qurum dəfələrlə ictimaiyyətə müraciət edərək bildirib ki, birinci Avropa Oyunlarının keçirildiyi müddətdə Bakıda nəqliyyatın sıxlığının azaldılması və təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə paytaxt ərazisinə nəqliyyat vasitələrinin daxil olmasına müəyyən məhdudiyyətlər olacaq: "Bundan əlavə, həmin gün paytaxtın müəyyən küçələrində təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı müvəqqəti olaraq məhdudiyyətlər tətbiq ediləcək. Paytaxt daxilində bağlanacaq yolların siyahısı barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək. Bağlanış günü hər kəs çalışmalıdır ki, ictimai nəqliyyata üstünlük versin”.

***

28 iyun Bakı 2015 İlk Avropa Oyunlarının Bağlanış Mərasimi günü, yollarda nəqliyyat vasitələrinin hərəkəti saat 16:00-dan gecə saat 2:00-a qədər məhdudlaşdırılacaq.

Həmin yolların siyahısını təqdim edirik - Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağına qədər olan hissəsi - Mehdi Hüseyn küçəsinin Parlament prospektindənTeymur Elçin küçəsi ilə kəsişməsinə qədər olan hissəsi Bağlanış Mərasiminə bileti olan hər kəsə genişləndirilmiş iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri tövsiyə edilir. Belə ki, iyunun 28-i metro səhər saat 06:00-dan gecə saat 02:00-a qədər və Ekspres Avtobuslar səhər saat 05:00-dan gecə saat 02:00-a qədər fəaliyyət göstərəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA