Qurban Qurbanov: "Çətin oyun olacaq, çünki..."

img

22-06-2015 [16:45]


Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ" Çernoqoriya çempionu "Rudar"la qarşılaşacaq.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov püşkatmadan sonra öz təəssüratlarını bölüşüb. Təcrübəli mütəxəssis ilk oyuna hazırlaşdıqlarını söyləyib:

"Rəqib haqqında onu deyə bilərəm ki, çətin oyun olacaq. Balkan klublarına qarşı oynamaq bizə həmişə çətin olub. Həm də onları bizi daha yaxşı tanıyırlar. Bu dəfə də istisna deyil. Belə deyərdim ki, bu oyun bizə hamısından daha önəmlidi. Deyərdim ki, bu tur "play-off" qarşılaşmasından daha önəmlidir".

"Qarabağ"ın baş məşqçisi klubun hazırlıq səviyyəsindən də danışıb: "İlk növbədə onu qeyd etməliyəm ki, hazırda bizi öncə komandamızın hazırlığı düşündürür. Məlum səbəblərdən komandamız hələ tam yığışa bilməyib. 24-dən etibarən tam heyətlə hazırlaşa biləcəyik. Bu baxımdan maksimum halda ilk oyuna qədər hazır olmağa çalışmalıyıq", - deyə Q.Qurbanov qeyd edib(ANS).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA