Bakı-2015: Gimnastımız medal aldı - FOTO

img

21-06-2015 [22:45]



Bu gün Avropa Oyunlarında bədii gimnastika üzrə lentlə hərəkətlərdə qaliblər müəyyənləşib.

Hakimlərdən 19.000 xal alan rusiyalı Yana Kudryavtseva qızıl medala sahib olub.

Təmsilçimiz M.Durunda 18.200 xalla ikinci yeri tutub. Gürcü gimnast Salome Pajava isə 17.950 xalla üçüncü olub.



Beləliklə, Azərbaycanın Avropa Oyunlarında gümüş medallarının sayı 7-yə çatıb. Ümumilikdə idmançılarımız Oyunlarda 35 medal qazanıblar - 14 qızıl, 7 gümüş, 14 bürünc.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA