20-06-2015 [00:20]
Bu gün Bakı-2015 Avropa Oyunlarında taekvondo yarışları başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışların son günü ağır çəkili taekvondoçular - kişilər +80, qadınlar +67 kq çəki dərəcəsində qalibi müəyyənləşdiriblər.
Azərbaycan millisi son gündə hər 2 çəki dərəcəsində təmsil olunub və Radik İsayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avropa Oyunlarında qazanılan bu13-cü qızıl medaltaekvondo yığmamızın 5-ci mükafatı olub. Dünya çempionumuza kimi, Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) 1-ci, Fəridə Əzizova (67 kq) 2-ci, Patimat Abakarova (49 kq) 3-cü yeri tutmuşdu.
Kişilər
+80 kq
İlkin mərhələdən azad olan yığmamızın lideri Radik İsayev 1/4 finalda Jeron Vanruiju (Hollandiya) sınağa çəkib. Görüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. O, 8:6 hesabı ilə qalib gələrək, 1/2 finala vəsiqə qazanıb. İsayev ikinci görüşündə sloveniyalı İvan Traykoviçlə üz-üzə gəlib. Təmsilçimiz bu rəqibini də çempionluq mübarizəsindən kənarlaşdırmaqda çətinlik çəkməyib. Radik ikinci hissənin gedişində 15 xal fərqi ilə önə keçdiyindən (17:2) döyüş yarımçıq dayandırılıb və dünya çempionumuz finala vəsiqə qazanıb.
İsayev qızıl medal uğrunda rusiyalı Vladislav Larinlə qüvvəsini sınayıb. Görüş təmsilçimizin üstünlüyü şəraitində keçib və taekvonduçumuz çıxışını qələbə ilə yekunlaşdırıb. Larini 4:3 hesabı ilə məğlub edən Radik titulları sırasına Avropa Oyunlarının qalibi adını da əlavə edib.
Bu yığmamızın 13-cü "qızıl”ı, ümumilikdə isə komandamızın 30-cu mükafatı olub.
Qadınlar
+67 kq
Millimizin medal ümidlərindən olan 21 yaşlı Mariya Tedeyeva ilk döyüşündə təcrübəli rəqiblə qarşılaşıb. İlkin mərhələyə təsadüf edən döyüşdə 27 yaşlı ukraynalı Marina Koniyevanı sınağa çəkən təmsilçimiz 2 dəfə hesabda öndə olsa da, yekunda məğlubiyyətə üzülüb – 4:10. Koniyeva isə yarımfinalda uduzduğundan Tedeyeva təsəlliverici görüşlərə qatılmaq şansını itirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi