19-06-2015 [13:11]
Yazıçı, filosof Umberto Eco Fransanın "Le Monde” qəzetinə müsahibə verib. O, həmişəki kimi ictimai fəallığa səsləyib. Müsahibəni diqqətinizə çatdırırıq.
LE MONDE: Hələ də çoxlu qəzet oxyursunuz?
UMBERTO ECO: Hər səhər ən azı iki qəzet oxuyuram, qalanlarını sadəcə nəzərdən keçirirəm. Qəzetlərsiz qəhvə içə və günə başlaya bilmərəm. Hələ də Hegelin həmin fikrinə sadiqəm, qəzet oxumaq "çağdaş insan üçün gündəlik duadır.”
Mən həm də qəzet yazarıyam – bir gündəlik qəzetə (La Repubblica) və bir həftəlik jurnala (L’Espresso) köşə yazıram.
Amma gün keçəndə qəzetlərə heç əl vurmuram, mətbuat başqa yolu yoxmuş kimi, hər səhər bir gün əvvəl çıxmış məlumatları təkrar edir.
- Məlumatları dərinləşdirmədən təkrar etmək, gündəlik mətbuat üçün təhlükəlidirmi?
- Qəzetlər hələ də televiziya və radionun yaydığı xəbərləri dərinləşdirmədən, heç nə artırmadan çap edirlər. Bunun tarixi, demək olar ki, televiziyanın yarandığı vaxtlara gedib çıxır.
- Mətbuat tənqidi düşüncəni canlı saxlamağa çalışmalıdır?
- Biz alovlu tənqidin ölümünə şahid olmaqdayıq. Bəli, biz jurnalistikada tənqidi reabilitasiya etməliyik, onun miqyasını genişlətməliyik, İnternet də bura daxildir.
Qəzetlər bir-iki səhifələrini İnternet saytlarının tənqidinə həsr etməlidirlər, saxtakar veb-səhifələri və bloqları ifşa etməli, etibarlıları bizə tanıtmalıdırlar.
İctimaiyyətin zövqünü formalaşdırmaq rolundan geri çəkilməməliyik. Qəzet həm tənqidi filtr ola, həm də demokratik qalmağa davam edə bilər.
- Mətbuatın getdikcə azsaylı güclü qrupların əlinə keçməsi təhlükəlidirmi?
- Bu, ciddi problemdir. İtaliyada bütün qəzetlərin sahibləri sənaye müsəssisələri və güclü banklardır. Fransada da bu cürdür. Belə olan təqdirdə, qəzetlərin rəhbərliyində oturanlar məlum təzyiqlərə davam gətirməkdən ötrü güclü liderliyə malik olmalıdırlar.
- "Sən oxucuların dilində danışmalısan, intellektualların deyil” – sizin romanınızda qəzet rəhbəri deyir. Biz həm də öz oxucularımızın tənqidçisi olmamalıyıq?
- Ya oxucunu qurub-yaradırsan, ya da onun zövqünün dalınca düşürsən, rəy tədqiqatlarına görə. Eugene Sue oxucularına onların istədiklərini verərdi; Balzak isə oxucuların təsəvvürünə də gəlməyən situasiyalar və üslublarda hekayələr yazaraq, onların zövqünü döyüb tərbiyə etməyə çalışardı.
Bəzi kitablar deyirlər: "Mən sənin kimiyəm”. Bəziləri isə deyirlər: "Mən başqa cürəm.” Biz bu gün şahid olduğumuz üslub homogenləşməsindən qurtulmalıyıq, bunu hətta yeni media sənayelərinin özləri də tələb edirlər.
- Klişelər haqqında nə deyə bilərsiz?
- Mən öz kitabımda mətbuatı idarə edən bütün klişelərin siyahısını vermişəm. Hətta "yaxşı” qəzetlərin jurnalistləri də etiraf edirlər ki, onların da qəzeti bu klişelərə tabedir.
Bu, tənbəlliyin bir formasıdır. Deyirlər, ədəbiyyat dili diri saxlamağa xidmət etməlidir. Amma mətbuatın da məqsədi bu olmalıdır. Klişelər dili iflic vəziyyətinə salır.
- Sosial şəbəkələrdə dövran edən konspirasiya nəzəriyyələri sizi həmişə özünə cəlb edir. Niyə belədir?
- Mən okkultizm və konspirasiya nəzəriyyələri ilə savaşmağa çalışan bir assossasiyanın üzvüyəm. Konspirasiyadakı yalan-palan məni özünə cəlb edir.
Yalan olan, yanlış olan kitabları da yığıram. Mənim evimdəki kitabxanada Qaliley yoxdur, amma Ptolomey var! Çünki Ptolomey – səhv edirdi, yanlış idi! Əl-kimyaçıları və sehrbazları da bu səbəbdən xoşlayıram.
Semiotikanı - işarələr və simvollar yaratmaq qabiliyyətimiz – bizim həqiqəti necə deməyimiz yox, yalanı necə demək qabiliyyətimiz maraqlandırır.
12-ci əsrdə Con adlı bir vaiz müsəlman dünyasının tən ortasında xristian kralının idarə etdiyi nağılvari bir krallıqdan danışır, onu təsvir edirdi. O vaxt buna elə inanıblar ki, hətta Marco Polo Çinə səyahət edəndə həmin krallığı axtarıb!
Tarixi nəhəng yalanlar yarq niyyətlərini açdığını iddia edirdi. Təəssüf ki, bu, məşhur nümunələrdadır. "Sion müdriklərinin protokolları” bir anti-semitik mistifikasiya idi ki, yəhudilərin dünyaya ağalıən yalnız biridir. Yaxşıdır, ya pis, fakt budur ki, yalanların tarixə güclü təsiri olub
- Bugünkü konspirasiya nəzəriyyələrinin unikallığı nədədir?
- Bu gün dünyada yaxşı kommunikasiya kanalları var. Nəticədə biz yalan-palanın dərhal və daha geniş yayılıb çoxaldığını görürük.
Əvvəllər uydurmaçılar müəyyən bir redaktor tutmalıydılar. Bu günsə hər hansı anti-müsəlman gopçu, anti-semit ağıldankəm öz konspirasiyasını İnternetə yerləşdirə bilir.
Filosof Karl Popper yazırdı ki, konspirasiya sindromu daim sivilizasiyaları bürüyüb: Troya müharibəsi tanrılar haqda konspirasiya ilə başlayır (Homerə əsasən).
Konspirasiya nəzəriyyələri bizə məsuliyyətdən yayınmağa şərait yaradır. Sosioloq Georg Simmel yazıb ki, böyük sirrin gücü onun boşluğundan qaynaqlanır - ən yaxşı konspirasiyalar əksini isbat edə bilməyəcəyimiz konspirasiyalardır.
- Jurnalistlərin konspirasiyaları aradan qaldmaqda rolu ola bilərmi?
- Jurnalistlər yalan səltənətinin və manipulyasiyanın qarşısını almalıdırlar. Bu, onların döyüşlərindən biri olmalıdır. Bununla yanaşı, tənqidi ruhu ayıq saxlamalıdırlar. Fikrin standartlaşmasından uzaq durmalıdırlar(Azadliq.org).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi