Bakıda maşın kirayəsi neçəyə başa gəlir? – QİYMƏTLƏR - VİDEO

img

19-06-2015 [11:44]



Avropa Oyunları avtomobil kirayəsi bazarından da yan keçməyib. Oyunlar səbəbilə ölkəmizə gələn turistlər bu bazarda canlanma yaradıblar. Bu sahədə fəaliyyət göstərən şirkətlər avtomobillərinin əksəriyyətini icarəyə verib.

Bəs görəsən, qiymətlər necədir və avtomobillər hansı şərtlər əsasında verilir? 

Birgünlük kirayə qiyməti 40 manatdan başlayan ekanom avtomobillərin çoxu hazırda kirayə verilib. 80 manatdan başlayan lüks avtomobillər isə öz sahiblərini gözləyir. Avtomobillər əsasən rayonlara getmək üçün götürülür.Sürücülük vəsiqəsi olan hər bir Azərbaycan vətəndaşı şəxsiyyət vəsiqəsini təqdim etməklə istədiyi müddət ərzində pulu əvvəlcədən ödəyərək avtomobili kirayə götürə bilər. Amma şərtlər turistlər üçün fərqlidir.Avtomobil kirayə götürən hər bir şəxs imzalayacağı müqaviləyə diqqət etməlidir. Çünki standart müqavilə forması olmadığı üçün hər şirkət özünə uyğun müqavilə tərtib edir. Kirayə avtomobil götürərkən hər hansı problemlə üzləşməmək üçün müqavilə şərtləri ilə əvvəlcədən tanış olmaq tövsiyyə edilir:



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA