"Bakı-2015"in ilk "qızıl"ı İsveçrəyə getdi - VİDEO

img

13-06-2015 [16:29]


Bu gün "Bakı-2015" I Avropa Oyunlarında dağ velosipedi idmanı üzrə yarışlara start verilib. 


Fanat.az xəbər verir ki, yalnız 1 gün davam edəcək yarışda əvvəl qadınlar qüvvəsini sınayıblar.

 

Dağ Velosipedi Parkında baş tutan yarışa 27 idmançı qatılıb. Finiş xəttinə hamıdan tez çatan isveçrəli Yolanda Neff qızıl medala yiyələnib. Məsafəni 1 saat 31 dəqiqə 5 saniyəyə qət edən velosipedçi Avropa Oyunları tarixinə düşüb. O, Oyunların ilk çempionu olub.

 

Yolandanın həmyerlisi Katrin Stirnemann 1:33.08 nəticə ilə 2-ci olub. Polşalı Maya Vloçovska 3-cü pilləyə yiyələnib - 1:33.13.

 

Azərbaycanı burada 27-ci sıra nömrəsi ilə start xəttinə çıxan Ülfət Nəzərli təmsil edib. Lakin idmançımız finiş xəttinə çata bilməyib.

 

Qeyd edək ki, bu gün dağ velosipedi idmanında kişilərin da yarışı keçiriləcək.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA