10-06-2015 [13:50]
"Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı və İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı nümayəndəsi Arif Məmmədov diplomatik çərçivələrdən çıxıb”.
Bu fikirləri AzVison.az-a Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.
Millət vəkili qeyd edib ki, istənilən diplomat təmsil etdiyi dövlətin və ya təşkilatın mənafeyini müdafiə etməklə məşğul olmalıdır: "Arif Məmmədov daxili siyasət məsələlərinə mövqe bildirmək istəyirdisə, tutduğu vəzifədən istefa verərək, sivil şəkildə siyasi proseslərdə iştirak edərdi. Onun son bəyanatları çox təəssüf ki, diplomat olduğunu unutduğunu göstərir. Həmçinin, Arif Məmmədov Azərbaycanın onun formalaşması, tanınması, nüfuz qazanması üçün çəkdiyi əziyyəti yerə vurur. Məhz Azərbaycana söykənərək, dövlətimizi təmsil edərək Arif Məmmədov belə yüksək posta gəlib çatıb. Azərbaycanın nüfuzuna görə, İslam Əməkdaşlıq Təşkilatı onu Avropa İttifaqındakı səfiri təyin edib. İslam dünyasında onu tanıyan vardı? Məhz Azərbaycanın təklifindən sonra onun namizədliyi müzakirə edildi və bu posta təyin edildi”.
A.Mirzəzadə vurğulayıb ki, Arif Məmmədov qazandığı bütün uğurlara görə, Azərbaycan dövlətinə və indiki iqtidara minnətdar olmalıdır: "Təəssüf ki, o son bəyanatları ilə unutqan olduğunu və Azərbaycan dövlətçiliyinə qarşı müxalifətə keçdiyini bəyan etdi. Verdiyi bəyanatlar bu günkü Azərbaycan reallıqlarına ziddir, qarşıdurmağa çağıran çağırışlardır. Heç bir halda Azərbaycan diplomatına yaraşmayan hərəkətlərdir”.
YAP-çı deputatın fikrincə, Arif Məmmədov ciddi təsir altına düşüb.
"Bu isə ona heç də başucalığı gətirmir. Təəssüf ki, belə hadisələr baş verir. Ancaq, tarix belələrini çox görüb. Hesab edirəm ki, Arif Məmmədov kimilərinin Azərbaycan qarşı çağırışları özlərini hörmətdən salmaqdan, xalqın gözündən düşməkdən başqa heç bir nəticəyə gətirib çıxarmayacaq”.
A. Mirəzadə deyib ki, əgər o xaricdə sığınacaq almaq istəyirdisə, müraciət edərək Azərbaycan vətəndaşlığından və diplomatik səlahiyyətlərindən imtina edərək xaricdə qala bilərdi: "Ancaq, bu yolla nələrəsə nail olmaq heç də ağıllı yol deyil. Azərbaycanın çörəyi ilə böyüyən, Azərbaycan dövlətinin dəstəyi ilə yüksək postlar qazanan şəxs Azərbaycana qarşı dönüklük etməməli idi. O, gənc, təcrübəsiz deyildi ki, səhv edərdi. Hesab edirəm ki, Arif Məmmədovun addımları düşünülmüşdür. Azərbaycanın gördüyü işlərə qara yaxmaq, Azərbaycana qarşı azğın mübarizə aparan erməni diaspor dairələri ilə eyni müstəvidə durmaq heç də Azərbaycan vətəndaşına yaraşan iş deyildi”.
A.Mirəzadə vurğulayıb ki, heç kim Azərbaycanı getdiyi demokratiya, insan hüquqlarının qorunması, firavanlıq yolundan döndərə bilməz: "Xaricdə müəyyən mərkəzlərin Arif Məmmədov kimilərdən Azərbaycan qarşı istifadə etməsi heç bir halda dövlətimizi zəiflədə bilməz. Müəyyən müddətdən sonra Arif Məmmədovu danışdıran mərkəzlər həmişə olduğu kimi onu istifadə etdikdən sonra kənara atacaqlar. O zaman Arif Məmmədovun Azərbaycan xalqının gözünə necə baxacağı tamam başqa məsələdir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi