"Qarabağ" Azərbaycan kubokunun qalibi oldu

img

04-06-2015 [09:29]


Azərbaycan Kubokunun final oyunu keçirilib.

Qəbələdə baş tutan həlledici qarşılaşmada Ağdam təmsilçisi hesabı açıb - 5-ci dəqiqədə Reynaldo fərqlənib. 39-cu dəqiqədə Reynaldo dubl edib.

78-ci dəqiqədə Ernest Nfor paytaxt təmsilçisini ruhlandırıb - 2:1. Lakin 84-cü dəqiqədə Muarem Muarem dəqiq zərbə ilə son nöqtəni qoyub - 3:1.

Beləliklə, Azərbaycan çempionu "Qarabağ" bu mövsümdə həm də Azərbaycan Kubokuna sahib çıxıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA