İcra başçısı sahibkara qarşı amansız mübarizə aparır - Əmlak davası (FOTOLAR)

img

03-06-2015 [13:57]



Füzuli rayonun da sahibkarlıqla məşqul olan Bəxtiyar Babayev onun fermerinə mudaxilə edərək qanunları pozan icra başçısından şikayətlənir.

O, qeyd edir ki vaxtı ilə bütün qanunlara müvafiq olaraq Füzuli rayonunda sahibkarlıq baxımından 50 hektar torpaq sahəsi alıb. Ancaq bir müddət keçdikdən sonra ayrılan torpaq sahəsinə görə icra başçısı Alı Alıyevlə problemlər yaşanmağa başlayıb. 

Problemin əsası sahibkar Bəxtiyar Babayevə ayrılan torpaq sahəsini Alı Alıyev başqasına satmaq fikri olub. 

Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (Bu komitə artıq ləğv olunub-redak.) Füzuli rayon şöbəsinin 03 fevral 2012-ci il tarixli 08/Rİ №-li rəyi və yerqurluşu planı nəzərə alınmaqla, Füzuli rayon İcra Hakimiyyəti başçısının 19 dekabr 2012-ci il tarixli 167 saylı sərəncamına əsasən vətəndaşa 15 illik müqavilə əsasında ayrılmış 50 hektarlıq torpaq sahəsinə qarşı yeni "plan " qurulub. Daha dəqiqi, icra başçısı Alı Alıyev qanunsuz olaraq sahibkarı sıxışdırmağa başlayıb. Bu məkrli istəyinə nail  olmaq istəyən icra başçısı Füzuli rayonunun polisi, Bələdiyyəsi və rayon Prokurorluğundan istifadə edərək  sahibkar Bəxtiyar Babayevə hədə-qorxular gəlməkdən belə çəkinmi.

(Xeberci.TV)





.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA