26-05-2015 [14:47]
Rektor qızını döyən şəxsin azadlığa çıxdığı xəbəri yayılıb.
Axar.az-a daxil olan məlumatda deyilir ki, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının övladı Ülkər İsayevanı martın 8-dən 9-na keçən gecə, saat 4 radələrində küçənin ortasındaca döyən qardaşlardan biri - Zaur Məmmədov barəsində seçilən 2 aylıq həbs qətimkan tədbirinin müddəti başa çatıb.
Martın 18-də həbs edilən Z.Məmmədovun azadlığa buraxıldığı, zərərçəkmişin isə şikayətini geri götürdüyü bildirilir. Məlumatda işin məhkəməyə göndərilmək üçün hazır olduğu və rektor qızını döyənin bundan sonrakı cəzasını cərimə ödəməklə başa vuracağı da qeyd olunub.
Bildirilir ki, tərəflər məsələni öz aralarında danışıq yolu ilə həll etmək qərarına gəlib və ona görə də istintaq Z.Məmmədovun həbs müddətinin uzadılması barədə məhkəməyə təkrar müraciət etməyib. Ü.İsayeva isə atasının rəhbəri olduğu ali məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.
Zaurun azad edildiyi xəbərini vəkili ilə dəqiqləşdirmək üçün əlaqə saxladıq. A.MəmmədovAxar.az-a bu mövzuda danışmaq istəmədiyini, məsələnin artıq bağlandığını bildirdi.
Ü.İsayeva martın 8-dən 9-na keçən gecə tanışları - Zaur və Elin Məmmədov qardaşları tərəfindən ictimai yerdə zorakılığa məruz qalıb. Hadisə Səbail rayonu ərazisində – Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində baş verib. Rektor qızı video-görüntüdə özü olduğunu təsdiqləyib. H.İsaxanlı isə kadrlarda Katya adlı bir qızın olduğunu iddia edib. Ülkərlə Zaur arasında sevgi münasibətləri olduğu da mətbuatda xəbərlər arasında yer alıb.
Ü.İsayevanın yaxın rəfiqəsi hadisənin səbəblərini belə şərh etmişdi: "Həmin gün Ulya 8 martı sevgilisi Zaur Məmmədovla qeyd edirdi. Gecə klubunda başqaları da var idi. Eyni zamanda Elin. Əvvəlcə hər şey çox yaxşı idi. Səhərə qədər əylənmək istəyirdilər.
Amma sonra vəziyyət dəyişdi. Mən bildiyimə görə, Ülkər ilə başqa bir oğlan barəsində xəbər çıxıb. Lakin özü bunu boynuna almır. Onlar Zaurla uzun müddətdir sevgilidirlər. Və Zaurgilin necə əsəbi, özündən tez çıxan olduğunu bilənlər çoxdur”.
Onu da deyək ki, qardaşlar əkizdirlər və hazırda Rusiyada yaşayan nüfuzlu azərbaycanlı iş adamı – Muxtar Məmmədovun övladlarıdır. Muxtar Məmmədovun özü 1996-cı ildə paytaxtın 28 May küçəsində yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilən, əslən balakənli Əli Ansuxskinin şəriki olub. Eyni zamanda, Muxtar Məmmədovun kriminal aləmdə ciddi nüfuz sahibi olduğu iddiaları var.
Xatırladaq ki, Ü.İsayeva tanınmış həkim Tərlan Əhmədzadənin gəlini olub. Ülkər İsayeva Tərlan Əhmədzadəninnın oğlu Aydınla ailə qurub. O, Aydın Əhmədzadə ilə 2014-cü ilin yayında Nəsimi rayon Məhkəməsinin qərarı ilə boşanıb. Bu nikahdan onların bir qız övladı var. Məlum hadisədən sonra onların toyundan kadrlar da yayılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi