13-05-2015 [19:20]
"İnter"in idman məsələləri üzrə vitse-prezidenti Roland Vrumans klubun rəsmi saytına müsahibəsində komandaya gəlişindən, gördüyü işlərdən və gələcək planlarından danışıb.
Mia.az həmin müsahibəni təqdim edir:
- Siz "İnter”də ötən ilin oktyabr ayından etibarən işləməyə başladınız. "İnter” klubuna təşrif buyuraraq burada çalışmağa vadar edən əsas səbəb nə idi?
- Layihə üzərində çalışmaq və bir sıra məqsədlərə nail olmaq üçün bir neçə ili əhatə edən gələcəyin mənzərəsini bilmək vacib məsələdi. "İnter”dən təklif mənə maraqlı gəldi və Bakı şəhərinə gəldim, öz gözlərimlə "İnter Arena" stadionunu gördüm, bir sıra mühüm şəxslərlə görüşdüm və layihənin gələcək mənzərəsini yaratmağa çalışdım. Yaşadığım Belçikaya qayıtdıqdan sonra bu imkanı ailəmlə müzakirə etdim və "İnter"də çalışmağa başlamaq istədim. "İnter”də çalışmaq üçün "Roda" ilə müqaviləmin ləğv edilməsi üçün danışıqlar aparmalı oldum. Əvvəlki klubla münasibətlərə rəsmən xitam verdikdən sonra "İnter”lə 2017-ci ilə qədər müqavilə imzaladım.
- İşə necə başladınız?
- Həmişə indiki vəziyyəti təhlil edərək gələcək üçün planlar hazırlamaq lazımdı. Mən birinci komanda ilə bağlı iş metodunu təhlil etdim və komandanın baş məşqçisi Kaxaber Tsxadadze ilə əsas və ikinci komandanın oyunçularının oyun keyfiyyətini birlikdə analiz etməyə başladıq. Əlbəttə, mən bilirəm ki, Kaxaber Tsxadadze 7 ildi uğurla baş məşqçilik edir. Mənim üçün bilmək vacib idi ki, komandanın ümumi şəxsi heyəti birlikdə necə çalışır və hansı keyfiyyətlərə malikdi. Əsas komandanın başlıca vəzifəsi oyunlarda qalib gələrək yaxşı nəticələr əldə etməkdi, amma biz oyunçuları daha yüksək səviyyəyədək inkişaf etdirmək istəyirik. Birinci komanda bizim lokomotivimizdi. Hamı səbrsizliklə əsas komandadan nəticə və məhsuldarlıq gözləyir.
Mənim "İnter”lə bağlı hazırladığım layihə klubu, xüsusilə də futbol bölməsini, əsas komandanı, seleksiya işini və uşaq-gənclər futbol məktəbini daha daha yüksək səviyyəyə yüksəldilməsinə istiqamətlidi. Bu, böyük layihə və çətin vəzifədi. Buna görə də, mən "2015-2020-ci il planı”nı hazırlayaraq klubun sahibi Cahangir Hacıyevə təqdim etdim. Cənab Hacıyev plana çox yaxşı yanaşdı və dəstək göstərəcəyini bildirdi. Beləliklə, planı yerinə yetirməyə başlamaq imkanı yarandı.
- Birinci komanda ilə bağlı nəyi reallaşdıra bildiniz?
- 2015-ci ilin yanvar ayında baş məşqçi Kaxaber Tsxadadze ilə onun Gürcüstan milli komandasının baş məşqçisi təyin edilməsindən sonra yaranmış yeni vəziyyəti müzakirə etdik. Biz belə bir qərara gəldik ki, Marino Pusiçi baş məşqçi postuna potensial namizəd kimi dəvət edək. Həmçinin klub həkimlərilə müzakirələr apardıq. Tibbi şöbənin iş metodlarını araşdırdıq və iş keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə fizioterapevt vəzifəsinə "Karlsrue"dən Klemens Foqtu dəvət etdik. O, çox bacarıqlı insandı və klubumuza sürətlə uyğunlaşdı. Qış transfer pəncərəsinin açıq olduğu müddətdə baş məşqçilə bir necə dəfə müzakirələr apardım. Məqsədimiz mərkəz hücumçusunu, hücumçunu və mərkəz müdafiəçisini komandaya cəlb etmək idi. Biz "vinger” kimi "Feyenoord”dan Ruben Şakenin və mərkəz müdafiəçisi mövqeyinə "Partizan”dan Vojislav Stankoviçin transfer edilməsi barədə qərar qəbul etdik. Biz bir sıra maraqlı mərkəz hücumçusu barədə müzakirələr apardıq, amma bu mövqelərə futbolçu dəvət etmədik. Qış transfer pəncərəsinin bağlanmasından sonra qələbə qazanmaq və mövsümün sonunadək yaxşı nəticələr əldə etmək üçün doğru futbolçuların seçilməsi mühüm əhəmiyyət daşıyırdı. Transfer pəncərəsinin bağlanmasından sonra gəldiyim qənaətlərdən biri də "İnter”in skaut komandasının yaradılması oldu. Mən komandaya cəlb olunmalarından öncə yeni oyunçuların potensiallarını canlı müşahidə etmək istəyirəm.
Siz əsas komanda üçün yeni futbolçuları seleksiya yolu ilə transfer edə, yaxud klubun uşaq akademiyasından futbolçuları cəlb edə bilərsiniz. Mən PSV klubunun gənclər akademiyasında çalışmışam və üç il Rusiyanın Tolyatti şəhərində Konoplev akademiyasında işləmişəm.
"İnter”in Uşaq-Gənclər Futbol Akademiyasının da beynəlxalq standartlara uyğun formalaşdırılmasına hazıram. Əsas məqsəd birinci komanda üçün futbolçular yetirdirməkdi. Mən AFFA-da Bernard Lippertlə görüşdüm və AFFA-nın gənclərlə bağlı layihəsinə qoşulmağa hazır olduğumuzu bildirdim. Bizim növbəti görüşümüz bu yaxınlarda baş tutmalıdı.
- Komandada hazırda vəziyyət necədi?
- Klubda hamı öz işini görür. Əsas komandanın əldə etdiyi nəticələr komanda üzvləri və əməkdaşları üçün təqdirəlayiqdi. Biz Azərbaycan Premyer Liqasında çempionluq uğrunda əvvəlkitək "Qarabağ”la mübarizə aparırıq. Avropa Liqasında vəsiqə qazanmağımız artıq dəqiqdi. Biz UEFA-nın təsnifat mərhələsində iştirak edəcəyimiz barədə təsdiq məktubunu da göndərmişik. Bu isə o deməkdi ki, növbəti mövsümdə də iştirak edəcəyik. Mən gələcək üçün bir neçə ssenariyə də hazıram. Azərbaycan yarışlarında, istər Premyer Liqada, istər I divizionda, eləcə də U-19 və U-17 turnirlərində bir çox oyunlara və oyunçuların çıxışlarına baxmışam. Milli komandanın və U-21 komandasının məşq prosesini izləmək üçün Türkiyədə olmuşam. 2015-ci ilin aprelində gələcək mövsümə hazırlıqlar məqsədilə Marino Pusiçlə birlikdə Hollandiya, Belçika və Almaniyada səfər etdik. Əlbəttə, ambisiyalarımız yeni büdcə ilə müəyyənləşəcək, amma mən indiki komandanın və ya yeni komandanın formalaşdırılması üçün bir neçə ssenariyə də hazıram. Ümid edirəm ki, bütün bu məsələlərə tezliklə aydınlıq gələcək. Bizə yaxşı şəxsi heyət, yaxşı komanda və yeni mövsüm üçün zəruri hazırlıq keçmək lazımdı. Mən həqiqətən də istəyirəm ki, indiki komandanın əsasını qoruyaraq Avropa Liqasında uğur qazanaq və gələcək mövsümdə də iştirak edək. Avropada uğur qazanmağımız yaxşı olardı.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi