Maşınlar Bakının daxilinə buraxılmayacaq - Rəsmi (VİDEO)

img

07-05-2015 [15:34]


Avropa Oyunları ərəfəsində nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət qoyulacaq.

ANS TV-nin məlumatına görə, məhdudiyyət Avropa Oyunlarının keçirildiyi yollardan istifadə edən nəqliyyat vasitələrinə şamil olunacaq. Bununla bağlı Nəqliyyat Nazirliyi sürücülərə xəbərdarlıq edir.

Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirdi ki, əgər Bakı-Dairəvi yolunda I Avropa Oyunları ilə əlaqədar hansısa bir oyun keçirilərsə, o zaman nəqliyyatın hərəkətində məhdudiyyətlər olacaq. 

"Məhdudiyyət ümumidir. Kimin haradan gəlməsindən asılı olmayaraq, fərq qoyulmur. İstər rayondan gələn, istərdə də paytaxt sakinlərinə. Hər kəsin üzünə giriş qapıları açıqdır. Sadəcə oyunlar keçirilən ərəfədə xahiş olunur ki, mümkün qədər ictiami nəqliyyatdan istifadə edilsin. Öz avtomobillərini şəhərin kənarında saxlasınlar”, - deyə Namiq Həsənov əlavə edib.

Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-dən 28-dək Bakıda keçiriləcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA