Ermənilərdən daha bir təxribat - axar suya mərmi axıdırlar (VİDEO)

img

17-04-2015 [22:51]


Tovuzda həyətyanı sahədən axan arxdan mərmi və qalıqları aşkarlanıb. 

Mia.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bozalqanlı kəndində müşahidə edilib. Ərazidə axan arxdan su kəsildikdən sonra sakinlər partlayıcı mərmilər və hissələrini görüblər. Kəndlilər bildirir ki, ərazidən keçən arx öz başlanğıcını Ermənistandan başlayan çaylardan götürdüyündən bu mərmilər onlar tərəfindən qəsdən axıdılır. 

Məlumata görə, kənddəki yaşayış evlərinin yaxınlığından keçən su arxından sahələrin suvarılmasında və məişətdə istifadə edildiyindən bu hal təhlükə yaradır.

Kənd sakinləri arxdan mərmi və qalıqlarının tapılması ilə bağlı aidiyyəti qurumlara məlumat veriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA