13-04-2015 [11:39]
Milli Məclisin son iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, Daxili işlər nazirinin müavini Vilayət Eyvazov illik məruzə ilə çıxış etdi.
O, Azərbaycandan olan insan alveri qurbanlarının daha çox hansı ölkələrə aparılması barədə də məlumat verdi. Nazir müavini dedi ki, müəyyən olunmuş 54 qurbandan (51 qadın, 3 kişi) 37-si Türkiyə Respublikasına, 8-i Rusiya Federasiyasına, 6-sı Birləşmiş Ərəb Əmirliklərinə aparılıb, 3 əcnəbi (Rusiya Federasiyasının iki, Çin Xalq Respublikasının bir vətəndaşı) ölkə daxilində istismara məruz qalıb. V.Eyvazovun sözlərinə görə, müvafiq cinayətlərdə təqsirləndirilərək haqqında axtarış elan olunan 25 şəxsdən 12-si tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib: "Hesabat ilində həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 2013-cü illə müqayisədə 21 faiz çox və ya 97 insan alveri, 4 məcburi əmək, habelə insan alveri məqsədilə şəxsiyyəti təsdiq edən sənədlərin saxtalaşdırılmasına dair 3 fakt aşkarlanıb. Bu əməllərə görə 26 nəfər (18 qadın, 8 kişi) cinayət məsuliyyətinə cəlb edilib, insan alveri ilə məşğul olan 9 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zərərsizləşdirilib. Qurbanlardan 38-i sığınacağa yerləşdirilərək hər birinə zəruri yardımlar edilib, eləcə də təhlükəsizliyi təmin olunub. Bütövlükdə 54 qurbana birdəfəlik müavinət verilib, 40-na Kömək Fondu tərəfindən maddi yardım göstərilib, 24-ü işlə təmin edilib, 30-u peşə kurslarına göndərilib. Həyata keçirilmiş profilaktik tədbirlərlə 34 qurban öz ailəsinə qayıdıb, sosial xidmətlə əhatə olunması üçün 36 qurban qeyri-hökumət təşkilatlarına istiqamətləndirilib".
Mübarizə aparılır, amma...
Mia.az xəbər verir ki, mövzuyla bağlı fikirlərini "Reytinq"lə bölüşən tanınmış hüquqşünas Qurban Məmmədov deyib ki, insan alveri bir cinayət kimi dünyanın hər yerində var və silah, narkotik ticarətindən sonra ən çox gəlir gətirən sahələrdəndir. Gəlirlilik baxımından Azərbaycanda da insan alverinin geniş vüsət alması təəccüb doğurmamalıdır:
"Hesab edirəm ki, son vaxtlar hüquq-mühavizə orqanlarının bu sahədə apardığı işi müsbət qiymətləndirmək olar. Mən, Vilayət müəllimini hesabatını dinləməmişəm, amma məndə olan məlumatlara görə, Azərbaycanın hüquq-mühafizə orqanları insan alverinə qarşı mübarizədə uğurlar əldə ediblər. Qadınların fahişəliyə cəlb edilməsi, məcburi əməyə cəlbedilmə, kimlərisə aldadaraq xarici ölkələrə - Dubaya, Türkiyəyə, Avropa ölkələrinə aparılmasının qarşısı alınıb. Fərdi, yaxud qrup şəklində törədilən cinayətlərin açılmasında və məsuliyyətə cəlb olunması ilə bağlı xeyli faktlar var. Bu baxımdan, insan alverinə qarşı mübarizəni müsbət dəyərləndirirəm".
Milli Məclisdə hesabat verən nazir müavini onu da bildirib ki, insan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə və təhsilə düzəltmə halları, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlərlə əlaqədar "Qaynar xətt" telefon xidmətinə daxil olmuş 13 mindən çox müraciətə baxılaraq hər biri üzrə qanunvericiliyə uyğun tədbir görülüb: "İnsan alveri cinayətləri törətməkdə təqsirləndirilən və ya şübhəli şəxslərin eyniləşdirilməsinə dair "İnterpol"a üzv dövlətlərdən daxil olan 50-dən çox sorğu cavablandırılıb, eyni zamanda, kütləvi informasiya vasitələrində və internet səhifələrində xarici dövlətlərdə işləməklə bağlı təkliflər araşdırılıb".
V.Eyvazovun sözlərinə görə, beynəlxalq tədqiqatlardan görünür ki, insan alverinin durmadan genişlənməsi - transmilli mütəşəkkil cinayətkarlığın və qanunsuz miqrasiyanın qlobal xarakter alması, ucuz işçi qüvvəsinin külli miqdarda gəlir gətirməsi, gender bərabərliyinin pozulması, məişət zorakılığı və digər problemlərlə əlaqədardır: "Birləmiş Millətlər Təşkilatının dünyada insan alverinin vəziyyətinə dair 2014-cü ilin noyabr ayına olan hesabatına görə transmilli mütəşəkkil cinayətkarlığın bu təhlükəli növünə demək olar ki, bütün dövlətlərdə və regionlarda rast gəlinir. Son 5 ildə 152 ölkədən olan qurbanlar istismar məqsədilə 500-dən çox daimi marşrut üzərindən 124 ölkəyə daşınıb. Hər il bütövlükdə 20 milyondan artıq şəxs insan alverinin qurbanına çevrilir ki, onların da arasında məcburi əməyə cəlb olunanların sayı stabil templə artaraq 40 faizə yüksəlib. Qurbanların 53 faizi cinsi istismara, 7 faizi isə orqan transplantasiyası və digər məqsədlərlə alqı-satqıya məruz qalır. Narahatedici məqamlardan biri də qurbanlar arasında azyaşlı qızların xüsusi çəkisinin 21 faiz təşkil etməsidir. Həmçinin, bügünədək 31 dövlətin Birləşmiş Millətlər Təşkilatının "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasına və onu tamamlayan Palermo Protokoluna qoşulmaması 2 milyarddan çox şəxsin insan alverinin beynəlxalq müdafiə mexanizmləri ilə əhatə olunmasını istisna edir. Bütün bunlara baxmayaraq, insan alverinin qarşısının alınması, qurbanların hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər dayandırılmayıb. Son 3 ilə yaxın müddətdə dünyada insan alveri ilə bağlı 25 mindən çox cinayət işinin istintaqı aparılıb, 15 minə yaxın şəxs məhkum edilib, 133 min qurbanın hüquqları bərpa olunub. İnsan alverinin mahiyyəti barədə məlumatlılığın artırılması, beynəlxalq ictimaiyyətin diqqətinin qurbanların üzləşdiyi problemlərə yönəldilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatı iyulun 30-nu ötən ildən etibarən İnsan Alveri ilə Beynəlxalq Mübarizə Günü elan edib. Dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolunu seçmiş, vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasətinin prioritet istiqaməti elan etmiş Azərbaycanda 2014-cü il insan alverinə qarşı mübarizə tədbirləri kontekstində əhəmiyyətli olub".
Fahişəxanaların əsl sahibləri...
Amma son zamanlar paytaxtın bir sıra ərazilərində massaj salonu və ya bar kimi fəaliyyət göstərən əxlaqsızlıq yuvalarının olduğu, qadınların fihişəliyə cəlb edildiyi ilə bağlı faktlar gündəmə gəlməkdədir. O fikirlər də səslənir ki, həmin əxlaqsızlıq yuvaları hüquq-mühafizə orqanlarının müəyyən nümayəndələri tərəfindən himayə olunur. Q.Məmmədov da təəssüflə qeyd edib ki, bu kimi faktlar və respublikanın müxtəlif rayonlarında, yol kənarlarında restoran, motel adı ilə fəaliyyət göstərən əxlaqsızlıq yuvaları mövcuddur.
Q.Məmmədov iddia edir ki, bu cür obyektlər hüquq-mühafizə orqanlarının nəzarətindən kənar fəaliyyət göstərə bilməz: "Amma hüquq-mühafizə, xüsusilə də təhlükəsizlik orqanlarına, əməliyyat tədbirləri həyata keçirən orqanlara icazə verilir ki, bu cür obyektlər təşkil eləsinlər. Çünki maraqlı şəxsləri cəlb etmək üçün bu cür obyektlərdən istifadə olunur. Bu baxımdan, bəzi bu kimi obyektlərə hüquq-mühafizə orqanları nəzarət edə bilər. Təbii ki, bütün bu kimi obyektlər bu məqsədlə açılmır. Polis orqanlarının himayəsində olan yüzlərlə əxlaqsızlıq yuvaları, həm də gizli yox, açıq fəaliyyət göstərirlər. Kənardan müşahidə aparsanız, görəcəksiniz ki, taksilərdə cavan-cavan qızları gətirirlər, şıdırğı "alver" gedir. Mən insan alverinə qarşı mübarizəni təqdir edəndə, bu sahədə problemin ümumiyyətlə, olmadığını iddia etmədim. Təbii ki, bu kimi neqativ faktlar da var. Mübarizə aparılır, amma bu istiqamətdə mübarizə daha da gücləndirilməlidir".
Hüquqşünasın sözlərinə görə, bu gün DİN insan alverinə qarşı mübarizə aparsa da, hüquq-mühafizə orqanlarının bəzi nümayəndələri bu cinayətə göz yumur və yaxud belə "əməllərə" müəyyən mənada şərait yaradırlar.
İnsan orqanlarını kimlər oğurlayır?
Qeyd edək ki, Azərbaycanda geniş vüsət almasa da, ara-sıra orqan alveri, qanunsuz transplantasiyaların olması ilə bağlı məlumatlar verilir. Bir müddət öncə mətbuatda da bununla bağlı müəyyən informasiyalar yer almışdı.
Həmsöhbətimiz Qurban Məmmədov da orqan ticarətinin olduqca ciddi məsələ olduğunu vurğulayıb və bildirib ki, bu sahə ilə bağlı konkret faktı olmasa da, vəziyyət təhlükəlidir: "Məşhur bir söz var. Deyirlər ki, rüşvət olan yerdə siyasət göydən asılı qalar. Bir ölkədə ki, rüşvət total xarakter daşıya, korrupsiya həyat tərzinə çevrilə, belə ölkədə nəinki insan, orqan alveri, namus, vicdan alveri də baş alıb gedəcək. Orqan oğurluğu ilə bağlı şəxsən mənim narahat olduğum məqamlar var. Hərbi hissələrdə ölən əsgərlərin, məhbəslərdə öldürülən dustaqların, avto-qəzalarda həlak olan insanların morqdan çıxanda daxillərində nə var, nə yoxdu, onu heç kim bilmir. Meyitin yarılması zamanı insanların hansı orqanlarını götürürlər, bilinmir. Yəni, bu sahə cəmiyyət üçün qaranlıqdır. Ölkədə korrupsiya və rüşvət tüğyan etdiyinə görə, bu sahədə də problemlər olmaya bilməz. Sadəcə olaraq, əlimdə dəqiq faktlarım olmadığına görə, bu barədə detallı danışa bilmirəm. Amma tam əminəm ki, ölkədə rüşvət və korrupsiya bu səviyyədə olduğuna görə, o sahədə də özbaşınalıqların olması mümkündür".
Hüquqşünas hesab edir ki, meyitin ekspertizası zamanı müəyyən qanunsuzluqlar ola bilər və çoxları bunu yoxlamağı ağılan gətirməz. Məhz, buna görə də bu sahədə baş verən hər hansı qanunsuz əməl aşkarlanmır: "Hərbi xidmətdə, yaxud məhbəsdə, yol qəzasında kimsə ölür, ekspertiza heç kimdən soruşmadan meyiti yararır, sonra da qarnı tikilmiş vəziyyətdə sahibinə verir. Eləcə də basdırırlar, heç qohum-əqrəba da bilmir ki, mərhumun hansısa orqanı götürülüb, ya yox. Şəxsən mən düşünürəm ki, insan öləndən sonra onun orqanının olub-olmamasının əhəmiyyəti yoxdur. Mən özüm vəsiyyət edəcəm ki, öləndən sonra yararlı olan orqanımı hansısa ehtiyacı olana versinlər. Amma bunu hansısa çirkin niyyətli insanların ticarət predmetinə çevirməsi qətiyyən yolverilməzdir. Ölkəmizdə bu qədər donor gözləyən xəstəmiz ola-ola əsgərin, məhbusun, avtoqəza qurbanı olan şəxsin orqanının xaricə satılması bu millətə xəyanətdir. Hesab edirəm ki, bu sahəyə nəzarəti artırmaq lazımdır". Sonda müsahibimiz bu prosesə məsuliyyət daşıyan dövlət qurumlarının adını çəkib. Deyib ki, burada ilk növbədə təhlükəsizlik orqanları, DİN və Sərhəd qoşunlarının əməkdaşları ayıq və məsuliyyətli olmalıdırlar.
Z.MƏMMƏDLİ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi