Prezident Xanlar Vəliyevin səlahiyyət müddətini artırdı – Sərəncam

img

10-04-2015 [14:18]


Mətbuatda Respublika Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin hərbi prokuror kimi ölkə Prezidenti tərəfindən rəsmən təsdiqlənməməsi barədə məlumat verilib. Bu xəbəri dəqiqləşdirmək məqsədilə Hərbi Prokurorluqla əlaqə saxladıq. Hərbi Prokurorluğun mətbuat katibi Əfrahim Təhməzov Analitik.az-ın sorğusuna cavab olaraq bildirdi ki, cənab Prezident İlham Əliyevin 2 gün əvvəl imzaladığı sərəncamla Pespublikanın Hərbi Prokuroru Xanlar Vəliyevin səlahiyyət müddəti növbəti 5 il müddətinə uzadılıb. Hazırda Xanlar Vəliyev Prezidentin sərəncamına əsasən səlahiyyətlərinin icrasını həyata keçirir.
Xatırladaq ki, bir çox mətbuat orqanları bu günlərdə Xanlar Vəliyevin səlahiyyət müddətinin bitdiyini və yenidən bu müddətin artırılmayacağını bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA