03-04-2015 [17:03]
"Bu addım çoxdan atılmalı idi. Çingiz Abdullayevin təyinatının uğurlu olacağına inanıram”. Bunu apasport.az saytına Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Tanınmış yazıçı Çingiz Abdullayevin "Neftçi” futbol klubunun Müşahidə Şurasının sədri postuna təyin olunmasına münasibət bildirən Hacıyev bu addımı yüksək dəyərləndirib: "Çingiz müəllim çox dəyərli ziyalıdı. Azərbaycanda fəxr ediləsi insanlardan biridi. Yaxından tanıdığıma, onun qeyrətinə bələd olduğuma görə, bu təyinatına çox sevindim. Milli qeyrəti olan insanın "Neftçi” kimi komandaya rəhbər seçilməsi uğurlu addımdı. Çünki Çingiz müəllimdə milli qürur var. "Neftçi” elə komandadı ki, onun adına layiq rəhbəri olmalıdı. Düşünürəm ki, Çingiz müəllim Azərbaycanda elm sahəsinin inkişafına necə xidmət edibsə, varlığı ilə futbol sahəsində də bu cür mövqe tutacaq. Onun prinsipiallığı, iş təcrübəsi, dünyada tanınması "Neftçi”yə böyük uğur gətirəcək. Arzu edirəm ki, Çingiz müəllim "Neftçi”ni ən yüksək yerlərə daşısın”.
Hacıyev "yazıçının futbolda nə işi var?” deyən insanların yanlış düşüncədə olduqlarını bildirib: "Deyirlər ki, futbolda peşəkarlıq mühüm amildi. Bunların hamısı boş söhbətlərdi. Əsas əməkdaşlarla dil tapmaq, komandanı düzgün istiqamətə yönəltmək, onlara milli qüruru aşılamaq və ruhlandırmaqdı. Bunların hamısı Çingiz müəllimdə var. Ziyalı hər yerdə sözünü deməyi bacarır. Çingiz müəllim kimi ziyalılarımızın bu cür vəzifələrdə olması daha çox xeyir verər. Əminəm ki, qısa müddətdə bu təyinatın xeyrini hər kəs görəcək”.
"Neftçi”nin azarkeşi olduğunu deyən Hacıyev başına gələn maraqlı bir hadisəni də danışıb: "Bir dəfə "Neftçi”nin İrəvanda "Ararat”la oyununa getmişdim. Kəlbəcərdə komsomol katibi vəzifəsində işləyirdim. Həmin görüşdə "Neftçi” qol vuranda, ermənilər sakit durmadılar, balta ilə əl-qolumuzu çapdılar. Həmin izlər bu gün də qalır. "Neftçi”nin azarkeşi kimi, Çingiz müəllimə hər cür köməklik etməyə hazıram”.
Hacıyev digər klublardan rəhbər postuna keçmək təklifi olunarsa, bunu məmnuniyyətlə qəbul edəcəyini də vurğulayıb: "Siyasətlə məşğul olmağıma baxmayaraq, mənə ən zəif komandanı versinlər, onu ən yüksək yerlərə qaldıraram. Bu gücü özümdə görürəm. Təklif gəlsə, mütləq dəyərləndirərəm və həmin komandanı layiqli yerlərə daşıyaram”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi