29-03-2015 [18:56]
"Mia.az-ın məlumatına görə, modern.az həbsdəki məşhur məhbusların məşğuliyyəti ilə bağlı sorğu aparıb.
Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildən həbsdədir. 13 Saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir, 11 il müddətinə azadlıqdan məhrum edilib. Əldə etdiyimiz məlumatlara görə, Əli İnsanov həbsxanada gününü kitab oxumaqla keçirir. O, səhhətində problem yaranan dustaqları müalicə də edir.
Sabiq polis polkovniki Hacı Məmmədov 2005-ci il martın 9-dan Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi "Qara kəmər” əməliyyatı nəticəsində həbs edilib. Ömürlük azadlıqdan məhrum olunan keçmiş polis zabiti MTN-nin İstintaq Təcridxanasında saxlanılır. O, yağlı boya ilə şəkillər çəkir, muncuqla müxtəlif əl işləri düzəldir. Çəkdiyi rəsm əsərlərinin hamısı şifrəlidir. Onun hər rəsmində bir sirr var. O, şifrələrin anlamını heç kəsə açmır.
Sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevi 2013-cü il avqustun 7-də Milli Təhlükəsizlik Nazirliyi həbs edib. 3 il azadlıqdan məhrum olunan keçmiş məmur 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. Ən böyük hobbisi kitab oxumaqdır. Ən çox xarici ədəbiyyata və fəlsəfi kitabları oxumağa üstünlük verir.
Siyasətçi Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, 6 il müddətinə azadlıqdan məhrum edilib. Qobustan həbsxanasında cəza çəkir. Daha çox ibadətlə məşğul olur. Fəlsəfi kitabları, həmçinin həbsxanaya keçirilməyə icazəsi olan dini ədəbiyyatları mütaliə edir. Şer yazmaqla da məşğuldur. İllər ərzində yazdığı şerlərdən beş-altı cildlik kitab çap oluna bilər. Keçdiyi həyat yolunu yazır və "Əbədiyyət yolçusu” kitabının üzərində işləyir. Kitab Nemət Pənahlının uşaqlığından tutmuş Milli Azadlıq Hərəkatındakı dövrə qədər olan müxtəlif sahələrdəki fəaliyyətini əhatə edir. Kitabın tarixi əsər olacağı gözlənilir.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 2013-cü il dekabrın 16-dan həbsdədir. 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, gününü kitab mütaliə etməklə keçirir. Nə mövzuda olduğunu bilməsək də, müəyyən yazılar da yazır. Bədii və elmi əsərlər oxuyur.
Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublu 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir, 5 il müddətinə azadlıqdan məhrum edilib. Gündəlik məşğuliyyəti eyni müəssisədə olan altı siyasi məhbusla: Anar Məmmədli, Pərviz Həşimli, Əbdül Əbilov, Əli İnsanov və İlkin Rüstəmzadə ilə bir yerə yığışıb söhbət etmək, kitab oxuyub, musiqiyə qulaq asmaqdan ibarətdir. Yay gələndə yığışıb futbol da oynamağı düşünür. Tofiq Yaqublu daha çox fəlsəfi kitabları oxumağa üstünlük verir. Səhhətində bir problem yarananda Əli İnsanova müraciət edir, o da müalicə edir.
REAL hərəkatının lideri İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir, 7 il müddətinə azadlıqdan məhrum edilib. Əsasən bədii kitab oxuyur, yazılar yazır. Gündəlik idmanla da məşğul olur.
Müsavat başqanının digər müavini Yadigar Sadıqov 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Yadigar Sadıqov gününün çox hissəsini kitab oxumağa ayırır. Hətta cəzaçəkmə müəssisəsi məhkəməyə onun haqqında xüsusiyyətlərini göndərib ki, Yadigar Sadıqov fiziki əməklə məşğul olmur, səhərdən axşama kimi kitab oxuyur. O, həbsxanadakı fəaliyyətinin əhəmiyyətli hissəsini mütaliə, müəyyən hissəsini yazılara həsr edir. Həbsxana şəraitindən, həyatından bəhs edən yazıları "Meydan.tv” saytında yayılır.
Jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Onu 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tutub, 8 il müddətinə azadlıqdan məhrum edib. Gününün 3-4 saatını kitabxanada keçirir. Əsasən bədii ədəbiyyat oxuyur, gündəlik qeydlərini aparır. İngilis dilini öyrənir. Xarici dil bilən insanlarla əlaqə saxlayır.
"Nida”çı gənc Məmməd Əzizov 2013-cü ilin mart ayından həbsdədir. 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gündəlik məşğuliyyəti kitab oxumaqdır.
Bloqçu Əbdul Əbdülov 2013-cü il noyabrın 22-də tutulub. 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Gününü dini kitablar oxumaqla keçirir. Rus və ingilis dillərini öyrənməyə maraq göstərir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi