25-03-2015 [01:03]
ABŞ-ın Kaliforniya ştatında yaşayan Azərbaycan icması Novruz bayramı münasibətilə tədbir keçirib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Mia.az-a verilən məlumata görə, Amerika-Azərbaycan Cəmiyyətinin Qərb Nümayəndəliyinin təşkil etdiyi və Los Anceles yaxınlığında keçirilən tədbirə həmvətənlərimizlə yanaşı, ABŞ və Kaliforniya ictimaiyyətinin tanınmış nümayəndələri də böyük maraq göstərib.
Tədbirin açılışında çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev bütün qonaqları təbrik edərək, belə bir əlamətdar günü birgə keçirməkdən məmnunluğunu bildirib.
O, qeyd edib ki, Novruz bayramı sadəcə baharın gəlişindən və təbiətin oyanışından xəbər vermir. Diplomat vurğulayıb ki, bu bayram, həmçinin, sülhün, dostluğun, mehriban birgə yaşayışın carçısıdır. Baş konsul tədbirdə iştirak edən soydaşlarımıza səslənərək bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının yalnız bir müstəqil dövləti var: "Buna görə də, bu müstəqil dövlətimizin daha da güclənməsi üçün harada yaşamalarından asılı olmayaraq, bütün azərbaycanlıların bu dövlət ətrafında sıx birləşməsi, Vətənimizin inkişafına öz töhfələrini verməsi olduqca vacibdir”.
Bayram tədbirində iştirak edən ABŞ Konqresinin Kaliforniyadan olan nüfuzlu üzvü, Konqresin Xarici Əlaqələr Komitəsinin sədri konqresmen Ed Roys çıxış edərək, Azərbaycan icmasını təbrik edib. O, 2014-cü ildə ölkəmizə etdiyi səfərə toxunaraq, Azərbaycanın parlaq gələcəyinin olduğunu vurğulayıb, qarşıdakı illərdə Azərbaycan xalqının daha böyük nailiyyətlərə imza atacağına inandığını bildirib.
Tədbirdə həmçinin, Kaliforniyanın Irvine şəhərinin meri Steven Çoy, Fountain Valley şəhərinin meri Stiv Neyql və yerli ictimaiyyətin digər nüfuzlu simaları iştirak edib.
Eyni zamanda, ABŞ Konqresinin Kaliforniyadan olan digər üzvləri Loretta Sançez və Deyna Rorabakerin nümayəndələri də tədbirə qatılaraq, qeyd olunan konqresmenlər tərəfindən Azərbaycan icmasına ünvanlanmış təbrik məktublarını təqdim ediblər. Bununla yanaşı, konqresmen Mimi Uolters, Kaliforniya Ştat Senatının üzvü senator Bob Haf, eləcə də Newport Beach Şəhər Şurası və Orange Vilayətinin Nəzarətçilər Şurası adından Azərbaycan icmasını təbrik üçün qəbul edilmiş bəyanatlar oxunub.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi