Rektorun qızını döyən gənclərin atası kimdir? - Şok məlumat (Yenilənib)

img

17-03-2015 [12:02]



Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döyən Zaur və Elin Məmmədov qardaşlarının atası Məmmədov Muxtar Şirinoviç barəsində ilginc məlumatlar əldə etmişik.

Mia.az Axar.az-a istinaden əbər verir ki, Zaur və Elin Məmmədov qardaşlarının atası Muxtar Məmmədov məşhur kriminal avtoritetdir.

Ötən il Moskvada reallaşan avtoritetlərin "sxodka”sında ona oğru adı da verildiyi iddia edilir. Lakin Muxtar Şirinoviç avtoritetlərin ona verdiyi bu addan imtina edib. Bunun səbəbini isə o, titullarının yetərli qədər olması ilə əsaslandırıb.

Redaksiyamıza daxil olan məlumata görə, Muxtar Şirinoviçin MDB-də böyük nüfuzu var. Onun hazırda Rusiyada geniş biznes şəbəkəsinə sahib olduğu bildirilir.

Qeyd edek ki, martın 9-da Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanın Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində Zaur və Elin Məmmədov qardaşları tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalmasını əks etdirən video yayılıb. Bakı polisinin apardığı istintaq və məhkəməyə verdiyi həbslə bağlı iddianı Xətai Rayon Məhkəməsi rədd edib və şübhəliləri məsuliyyətdən azad edib.

Hazırda Baş Prokurorluq Xətai Məhkəməsinin bu qərarından protest verib.

****

Martın 14-də Xəzər Universitetinin rektoru Hamlet İsaxanlınını qızı Ülkər İsayevanı döyən Zaur və Elin Məmmədov qardaşlarının kimliyi ilə bağlı strateq.az saytı maraqlı məlumatlar əldə edib. Bəlli olub ki, qardaşlar əkizdirlər və hazırda Rusiyada yaşayan nüfuzlu azərbaycanlı iş adamı – Muxtar Məmmədovun övladlarıdır. Muxtar Məmmədovun özü isə 1996-cı ildə paytaxtın 28 May küçəsində yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilən, əslən balakənli Əli Ansuxskinin şəriki olub. Deyilənə görə, Muxtar Məmmədovla Əli Ansuxskinin qohumluq əlaqələri də mövcuddur. Onun hazırda Rusiyada böyük metal biznesinin olduğu da söylənir.

Eyni zamanda, Muxtar Məmmədovun kriminal aləmdə ciddi nüfuz sahibi olduğu iddiaları var.

Polisin həbs etdiyi əkiz qardaşların azadlığa buraxılması üçün Muxtar Məmmədovun Azərbaycandakı nüfuzlu əlaqələri dərhal hərəkətə keçiblər. Ancaq polis orqanları cinayət faktını gizlətməkdən imtina ediblər. 

Maraqlıdır ki, Bakı Şəhər Prokurorluğu tərəfindən həbs qətimkan tədbiri seçilməsi üçün Xətai Rayon Məhkəməsinə təqdimat verilsə də, Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşova hər iki şəxsin məhkəmə zalından azad edilməsi qərarını çıxarıb.

Strateq.az saytı yazır ki, Raziyə Ataşovanın hansı səbəbdən və kimlərin vasitəçiliyi ilə belə qərar qəbul etməsi haqda da bizə məlumat verilib, ancaq bu məlumatları faktlarla sübuta yetirmək imkanı olmadığından onu yaymır.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA