Prezident yeni komissiya yaratdı, nazirlərə vəzifə verildi - Sərəncam (SİYAHI)

img

10-03-2015 [19:16]


Bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncam "YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamında dəyişiklik edilməsindən bəhs edir.

 Sərəncama görə: YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının aşağıdakı tərkibi yenidən müəyyənləşib: 

 Komissiyanın sədri:

Elmar Məmmədyarov  (Azərbaycan Respublikasının xarici işlər naziri).

Komissiya sədrinin müavinləri:

Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri

Əbülfəs Qarayev -  Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Əli Abbasov -  Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

 Komissiyanın üzvləri:

Kamal Abdullayev - Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri

Novruz Məmmədov -  Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri

Fatma Abdullazadə  – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Elmira Süleymanova - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri

Hicran Hüseynova - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Aslan Aslanov -  Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş direktoru

Urxan Ələkbərov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru

Samir Nuriyev  – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi

Zərifə Salahova -  Azərbaycan Kitab Cəmiyyətinin sədri”.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA