“Bakıda havanın kəskin dəyişməsi su qıtlığına səbəb olmayacaq “ - Anar Сəbrayıllı

img

20-02-2015 [13:11]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentin məlumatına əsasən, fevralın 20-də axşam saatlarından hava şəraitinin kəskin dəyişəcəyi, sulu qar, qar yağacağı, Bakıda, eləcə də bəzi bölgələrdə havanın şaxtalı olacağı və yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib.

"Azərsu” Açıq Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib ki, şaxta gözlənilmir: "Amma bununla belə, suyun verilməsində heç bir problem olmayacaq. Havaların sərt keçməsi əhalinin suya olan tələbatında heç bir problem yaratmayacaq. Əhali əvvəlki qaydada necə sudan istifadə edibsə, şaxtalı havada da eləcə davam edəcək. Rayon mərkəzlərinə də suyun verilməsində ciddi problem gözləmirik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA